Bu hava limanında uçuşlar DAYANIB
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo Beynəlxalq Hava Limanında uçuşların qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hava limanında məhdudiyyətlər iyunun 17-si səhər saatlarında tətbiq edilib. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Bildirilir ki, Moskva vaxtı ilə saat 02:05-dən etibarən hava limanı qismən fəaliyyət göstərib və bəzi reyslər xüsusi razılaşdırılmış qaydada həyata keçirilib. Lakin saat 10:22-dən etibarən bütün uçuşların qəbulu və yola salınmasına tam məhdudiyyət qoyulub.
Məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi barədə rəsmi məlumat verilməyib. Sərnişinlərə uçuşlarla bağlı ən son məlumatları aviaşirkətlərdən və hava limanının rəsmi mənbələrindən dəqiqləşdirmək tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 İyun 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















