Icma.az
close
up
RU
Bu hava limanları bizə niyə lazımdır?

Bu hava limanları bizə niyə lazımdır?

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan gəlib. Onun təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

Milli Məclisin Füzuli rayonundan seçilmiş deputatı Vüqar Bayramov özünün feysbuk səhifəsində bu haqda post paylaşıb. Orada belə bir cümlə var: "Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanları ilə bağlı müəyyən şəxslər qərəzli fikirlər irəli sürürdü. Son səfər də təsdiq edir ki, Qarabağa dünyanın fərqli ölkələrindən birbaşa uçuşlar var, hətta yüksək səviyyəli rəsmilər də xaricdən Azərbaycan gələrkən birbaşa Qarabağ bölgəsinə enə bilirlər. Bütün bunlar bir daha sübut edir ki, Qarabağda inşa edilən hava limanları təhlükəsizlik, nəqliyyat, turizmin inkişafı, həm də beynəlxalq səfərlərin təşkili baxımından çox vacibdir".

Bu fikirlərlə tam razıyam. Sadəcə, Qarabağda və Şərqi Zəngəzurda inşa olunan hava limanları ilə bağlı irəli sürülən fikirlər haqda bir neçə kəlmə demək istərdim.

Vüqar Bayramovun dediyi kimi, bunlar, doğrudan da, qərəzli fikirlərdir. Mən məsələnin iqtisadi tərəfini hələ bir yana qoyuram. Sırf ölkənin təhlükəsizlik maraqlarından yanaşsaq, Füzulidə, eləcə də, Zəngilanda və Laçında inşa olunmuş hava limanlarının müstəsna əhəmiyyəti var. Bunu az-çox siyasətdən başı çıxan hər kəs bilir. Ölkənin müxtəlif nöqtələrində, xüsusilə, sərhədyanı bölgələrdə hava limanlarının olması ən azı təhlükəsizlik baxımından çox mühümdür. Məsələn, Qubada hava limanı inşa olunmalı idi, bildiyim qədər Rusiya buna qarşı çıxıb. Füzuli hava limanının tikilməsinə isə İranın mühafizəkar dairələri başqa don geyindirməyə çalışırdı.

Füzuli rayonu elə bir önəmli strateji yerdədir ki, buradan həm Şərqi Zəngəzura, oradan İrana və Ermənistana, daha sonra Azərbaycanın çox mühüm bölgələrindən birinə -Naxçıvan Muxtar Respublikasına yollar var. Eləcə də, Qarabağın əsas qapısı Füzulidədir.

Sadaladığımız yollar gələcəkdə açılıb işləməyə başlayanda, Füzuli, Zəngilan hava limanlarının əhəmiyyəti birə beş, birə on... artacaq. Ermənistanla sülh sazişi imzalandıqdan sonra Laçın hava limanı daha da böyük önəm kəsb edəcək.

Biz ara-sıra Lənkəran, Zaqatala, Gəncə hava limanları ilə bağlı da belə fikirlər oxuyuruq. Çünki ölkənin strateji sərhədyanı bölgələrində, yaxud Gəncə kimi ikinci böyük şəhərdə hava limanlarının olması müəyyən xarici dairələrin marağında deyil.

Konkret olaraq, Qarabağda və Şərqi Zəngəzurda tikilmiş hava limanları məsələsinə dönsək, Zəngəzur dəhlizi açıldıqdan sonra bu bölgə üzərindən daçınacaq yüklərə, reallaşacaq turizm potensialıba baxaq. Bir çoxları bəlkə də məlumatsızlıqdan, belə fikirlər irəli sürürlər. Anlamaq lazımdır ki, bu gün işğaldan azad olunmuş ərazilərdə inşa olunan hava limanları, çəkilən avtomobil və dəmir yolları, qurulan infrastruktur gələcəyə yatırımdır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri