Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq Afişa
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az sentyabrın 22-dən 26-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Sentyabrın 23-də saat 19:00-da Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası göstəriləcək.
Biletlərin qiyməti: 8-15 manat.
Sentyabrın 24-də saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Biletlərin qiyməti 10-20 manatdır.
Sentyabrın 25-də saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" tamaşası səhnələşdiriləcək.
Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti 10-20 manatdır.
Sentyabrın 26-da saat 19:00-da "LƏNG: Zamanla yarışan insan" tamaşası nəzərdə tutulub.
Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur.
Biletlərin qiyməti: 10-25 manat.
Sentyabrın 27-də saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında hazırlanan "Baş" tamaşası oynanılacaq.
Tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-25 manat.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı:
Sentyabrın 26-da saat 20:00-da Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" tamaşası təqdim olunacaq.
Quruluşçu rejissor "Qızıl maska" mükafatı laureatı Konstantin Soldatovdur.
Biletlərin qiyməti: 12-15 manat.
Sentyabrın 27-də saat 19:00-da Ülviyyə Heydərovanın "İnanıram" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:
Sentyabrın 24-də saat 19:00-da böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında hazırlanan "Paris Notr-Dama ithaf" tamaşası planlaşdırılıb.
Tamaşanın quruluşçu rejissoru və librettonun müəllifi Samir Qulamovdur.
Biletlərin qiyməti 10-20 manatdır.
Sentyabrın 25-də saat 19:00-da Ramiz Mirişli, Marat Haqverdiyevin "Amerikalı kürəkən" tamaşası baş tutacaq.
Musiqili komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Biletlərin qiyməti: 8-15 manat.
Sentyabrın 25-də saat 19:00-da Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Mesenat" tamaşası olacaq.
Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Biletlərin qiyməti: 10-20 manat.
Sentyabrın 27-də saat 19:00-da Samir Qulamovun eyniadlı pyesi əsasında "Bir nəfəs qədər" tamaşası oynanılacaq.
Quruluşçu rejissoru Samir Qulamovdur.
Biletlərin qiyməti 8-15 manatdır.
Heydər Əliyev Sarayı:
Sentyabrın 24-də saat 19-da 3 pərdəli, 5 şəkilli "Koroğlu" operası təqdim ediləcək.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor Əməkdar artist Əyyub Quliyevdir.
Biletlərin qiyməti 15-45 manat.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 22 Sentyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















