Bu həftə birbaşa ABŞ İran danışıqları olmayacaq Rəsmi Tehran yalanladı
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, bu həftə Qətərdə ABŞ rəsmiləri ilə texniki qruplar səviyyəsində görüş keçirilməsi planlaşdırılmır.
Sitat.info xəbər verir ki, o, Tasnim agentliyinə bu barədə danışıb.
Qəribabadi deyib ki, Qətərlə məsləhətləşmələr, o cümlədən qarşı tərəfin öhdəliklərinin icrasının izlənilməsi istiqamətində işlər davam etsə də, Dohada işçi qrupların görüşü ilə bağlı bəzi KİV-lərin xəbərləri təsdiqini tapmır.
Qəribabadinin sözlərinə görə, texniki işçi qruplarının ilk görüşü yalnız müvafiq şərtlər formalaşdıqdan, tarix və məkan barədə razılıq əldə edildikdən sonra keçiriləcək. O qeyd edib ki, bu məsələ ilə bağlı vasitəçi ölkələr vasitəsilə məsləhətləşmələr davam edir.
Qeyd edək ki, daha əvvəl bir sıra media orqanları, o cümlədən "Al Jazeera", ABŞ və İran arasında danışıqların çərşənbə axşamı Qətərin paytaxtı Dohada keçiriləcəyini iddia etmişdi.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 29 İyun 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















