Bu həftə iş saatı qısaldılacaq
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycanın istehsalat təqviminə əsasən cari ilin may ayında iş saatlarında iki dəfə dəyişiklik ediləcək. İş vaxtının azaldılması Əmək Məcəlləsinin müvafiq tələbləri ilə tənzimlənir.
Demokrat.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə ilk qısaldılma mayın 8-də qüvvəyə minəcək. Faşizm üzərində Qələbə Günü qeyri-iş gününə düşsə də qanunvericiliyin 108-ci maddəsi bayramdan əvvəlki gün üçün güzəşt nəzərdə tutur. Həmin tarixdə bütün çalışanlar üçün iş vaxtı bir saat azaldılacaq.
Ayın sonuna doğru analoji prosedur Qurban bayramı ilə əlaqədar təkrar olunacaq. Mayın 27-də başlayacaq rəsmi tətil ərəfəsində yəni mayın 26-da da iş saatı bir saat qısa olacaq. Mayın 27-dən etibarən isə ölkədə ardıcıl beş günlük bayram tətili tətbiq ediləcək.
Demokrat.az
Baxış sayı:98
Bu xəbər 06 May 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















