Icma.az
close
up
RU
Bu həkimlər məhkəməyə çağırılır Siyahı

Bu həkimlər məhkəməyə çağırılır Siyahı

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xeyli vaxtdır gündəmdən düşməyən üç xanımın talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulları ələ keçirməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə zərərçəkmiş şəxslər dindirilir.

Bu iş üzrə mühakimə edilən xanımlar-şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova və Aysel Məmmədovanın üçü də həbsdədir. Birgə dələduzluqda təqsirləndirilən müttəhimlər hazırda bir-birinə qarşı da ziddiyətli mövqedədirlər. 

İşin əsas həssas məqamlarından biri təqsirləndirilən şəxslərin cinayətinin bəzi xəstələrin ölümünə gətirib çıxarmasıdır. 

Vəfat edənlərdən biri də bu gün ifadə verən Sevinc Səmədovanın əridir. Zərərçəkmişin həyat yoldaşı Ramin qaraciyər serrozundan əziyyət çəkib, əməliyyat gecikdiyi üçün dünyasını dəyişib.

Bu işdə adı çəkilənlərdən biri də Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımidir. 

S.Səmədova da deyir ki, onu təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi göndərib. Həkim zərərçəkmişi inandırıb ki, həmin xanımlar xeyriyyəçidir, onlara kömək edə biləcəklər: “Mən hospitala gələnə kimi heç bunların (təqsirləndirilən şəxslər-) adını eşitməmişdim. Mir Cəlal doktorun yanına həyat yoldaşımın müalicəsi üçün gəlmişdim. Nə isə söhbət əsnasında dedi ki, bəs, həyat yoldaşın əməliyyat edilməlidir. Amma əməliyyat kifayət qədər pul tələb edir. Dedi ki, sənə bir nömrə verəcəyəm, onunla danış. Həmin adam da hazırda burada oturan Aysel idi. Həkim onların dəstəyi ilə əvvəl də əməliyyat edilənlərin olduğunu dedi.

Bundan sonra Aysellə danışmaq üçün şirkətlərinə getdim. Deyim ki, şirkət də qorxulu yer idi. Nə isə narahat oldum, amma Aysel məni inandırmağı bacardı. Videolar göstərdi, orada əməliyyat edilən şəxslər təşəkkür edirdilər. Razılaşma da belə oldu ki, 22 min 500 manat verəcəyəm, qalanını da sponsorları vasitəsilə həll edəcəklər. Sonra yenə Mir Cəlal doktorun yanına qayıtdım. Dedim ki, içim rahat deyil. Bunu deyəndə doktor çoşdu, dedi, narahat olmağa ehtiyac yoxdur”.

Fotoda: Azad Məcidov

Hakim Azad Məcidovu maraqlandıran əsas məsələ dövlət hospitalının həkiminin xəstələri təqsirləndirilən qadınların yanına göndərməsidir. Hakim bu haqda Aysel Məmmədovadan soruşub. 

Xanım müttəhimin cavabından bəlli olub ki, şirkətləri ilə hospital arasında müqavilə var imiş. Şirkətə rəhbərlik etmiş Nuridə də bunu təsdiq edib. O, rusca sözlərlə nə isə demək istəsə də, əvvəlki cavab hakimi qane edib. 

Aysel Məmmədovanın yaxınları 22 min 500 manatın 15 min 500 manatını həyat yoldaşını itirən xanıma qaytarıblar.

Mövzu açılmışkən zərərçəkmiş Tural Nəsmiyev qaranlıq qalan məsələlərin aydınlaşması üçün adları keçən həkimlərin məhkəməyə çağırılması məqsədilə vəsatət qaldırıb.

Hakim qarşısında dindirilməsi tələb edilən həkimlər - Mir Cəlal Kazımi, Xuraman Cəfərova, Valeh Hüseynov və başqalarıdır. Bu şəxlərin ifadəsi iş üçün əhəmiyyətli hesab edilir.

Məhkəmə vəsatəti qəbul edib. Növbəti iclaslarda həkimlərin dindirilməsi məsələsi müzakirə ediləcək. 

İclasın ortasında Aynur Bayramovanın səhhəti pisləşib, təcili yardım gəlib. Həkim məsləhəti ilə proses təxirə salınıb.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Sail Ağasəlim


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri