Icma.az
close
up
RU
Bu hələ son deyil Netanyahu İrana qarşı yeni hücum planından danışdı

Bu hələ son deyil Netanyahu İrana qarşı yeni hücum planından danışdı

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə Argentinanın "sionist" prezidenti Xavyer Miley ilə keçirdiyi birgə mətbuat konfransında İranla bağlı dünyanı sarsıdan bəyanatlar verib.

Turkustan.az xəbər verir ki, Netanyahu İranla müharibənin hələ başa çatmadığını və hər an yeni, gözlənilməz hadisələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Netanyahu İsrailin ABŞ ilə sıx koordinasiyada İrana qarşı "sivilizasiyanın barbarlığa qarşı savaşı"nı apardığını bildirib. O vurğulayıb ki, son aylarda İranın hərbi və iqtisadi infrastrukturuna, o cümlədən polad sənayesinin 70%-nə endirilən zərbələr böyük uğur olsa da, bu, hələ son deyil.

Baş nazir regiondakı gərginliyi "partlayış həddində" kimi xarakterizə edib: "Biz böyük şeylərə nail olduq, lakin bu, hələ son deyil. Hər an yeni hadisələr baş verə bilər. Kim bilir sabah, ya birisigün nə olacaq".

Dünyanın ən radikal İsrail tərəfdarı kimi tanınan Xavyer Miley, İrana qarşı müharibədə İsrailin yanında olduqlarını və Argentinanın bu məsələdə ABŞ-la "mütləq həmrəylik" nümayiş etdirdiyini bəyan edib. O, İranı "bəşəriyyətin düşməni" adlandıraraq Argentinanın səfirliyini Qüdsə köçürmək planlarını təsdiqləyib.

Netanyahu əməliyyatların Donald Tramp ilə tam koordinasiya edildiyini və İranın hələ də zəifləmiş vəziyyətdə olduğunu bildirib. İranın Hörmüz boğazını yenidən bağlamasından dərhal sonra səslənən bu bəyanat, İsrailin boğazı güclə açmaq üçün yeni hava zərbələrinə hazırlaşdığına dair siqnal kimi yozulur.

İsrail rəhbərliyi həmçinin Livanın cənubunda işğal zonasını genişləndirdiyini və "Hizbullah"a qarşı ən ağır zərbələrin endirildiyini açıqlayıb. Netanyahunun "hər an hər şey ola bilər" sözləri, aprelin 21-də bitəcək müvəqqəti atəşkəsdən sonra İranın nüvə obyektlərinə birbaşa hücumların başlaya biləcəyi ehtimalını maksimuma çatdırıb. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Aprel 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri