Icma.az
close
up
RU
Bu, həm də Ermənistanın gələcəyini müəyyən edən seçkidir Şərh

Bu, həm də Ermənistanın gələcəyini müəyyən edən seçkidir Şərh

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Cənubi Qafqaz bölgəsi elə bir mərhələyə daxil olur ki, ayrı-ayrı ölkələrdə baş verən siyasi proseslər artıq birbaşa regional təhlükəsizlik arxitekturasını müəyyənləşdirir. 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlıq artıq daxili siyasi mübarizə çərçivəsindən çıxaraq daha geniş strateji seçim xarakteri alır. Əslində söhbət təkcə hakimiyyət uğrunda mübarizədən deyil, Ermənistanın gələcək inkişaf yolunu – sülhə doğru dönüşü, yoxsa qarşıdurma məntiqinin qorunmasını müəyyən edəcək bir növ geosiyasi referendumdan gedir". 

Bunu Ölkə.az-a açıqlamasında  Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, hazırkı mərhələnin əsas xüsusiyyəti Ermənistan cəmiyyətində dərin parçalanmanın mövcudluğudur. Bu gün ölkədə iki əsas istiqamət aydın şəkildə müşahidə olunur və onların hər biri müxtəlif formalarda inkişaf imkanlarını məhdudlaşdırır. Birinci istiqamət baş nazir Nikol Paşinyanın irəli sürdüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində “Real Ermənistan” konsepsiyasına əsaslanan xəttdir. Bu yanaşma formal olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına və regionda sülhün təmin olunmasına yönəlib. Lakin praktikada bu siyasət ehtiyatlılıq və ziddiyyətlərlə müşayiət olunur. Paşinyan bir tərəfdən Bakı tərəfindən irəli sürülən hüquqi təminat tələbləri, digər tərəfdən isə daxildə güzəştlərin siyasi sabitliyə təhlükə kimi qəbul edilməsi fonunda balans axtarmağa məcburdur.
İkinci istiqamət isə revanşist qüvvələrlə bağlıdır. Bu düşərgə uydurma “böyük Ermənistan” ideologiyasını gündəmdə saxlamaqla cəmiyyətdə emosional mobilizasiyaya çalışır. Bu prosesdə dini amildən və simvolik ritorikadan aktiv şəkildə istifadə olunur. Etiraz aksiyalarında kilsə nümayəndələrinin iştirakı ölkədəki identiklik böhranının dərinliyini bir daha göstərir. Lakin bu qüvvələrin əsas zəif tərəfi gələcəyə yönəlik real proqram təqdim edə bilməmələridir – təklif olunan model artıq iflasa uğramış keçmişə qayıdışdan ibarətdir.

Millət vəkilinin fikrincə, bu kontekstdə Azərbaycanla sülh sazişinin perspektivləri xüsusi əhəmiyyət kəsb edir. Getdikcə daha aydın görünür ki, sadəcə sənədin imzalanması uzunmüddətli sülh üçün kifayət deyil. Problemin kökü Ermənistan dövlətçiliyinin hüquqi əsaslarında dayanır. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir və həmin sənəddə Azərbaycana qarşı iddiaları yer alır. Bu vəziyyətdə istənilən sülh sazişi Ermənistanın öz daxili hüquqi sistemi baxımından mübahisələndirilə bilər və gələcəkdə siyasi və ya məhkəmə qərarları ilə qüvvədən düşə bilər.

Məhz buna görə də Azərbaycanın mövqeyi prinsipial və praqmatik xarakter daşıyır. Söhbət sadəcə danışıqlar prosesinin formal yekunlaşmasından deyil, uzunmüddətli və dayanıqlı sülhün hüquqi əsaslarının yaradılmasından gedir. Konstitusiya səviyyəsində ziddiyyətlər aradan qaldırılmadan əldə edilən razılaşmalar yalnız müvəqqəti siyasi bəyanatlar olaraq qalacaq.
Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistanda gedən proseslər  ikili xarakter daşıyır. Bir tərəfdən, sərhədlərin delimitasiyası istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur. Digər tərəfdən isə daxili siyasi gündəlik göstərir ki, ən həssas qərarların qəbulu məqsədli şəkildə təxirə salınır. “Dördüncü Respublika” konsepsiyası və yeni Konstitusiyanın qəbulu ideyası hələlik daha çox siyasi ritorika səviyyəsində qalır, mümkün referendum isə seçkilərdən sonrakı dövrə ötürülür. Bu yanaşma hakimiyyətə qısa müddətdə riskləri azaltmağa imkan versə də, əsas problemlərin həllini gecikdirir.

"Belə şəraitdə sülh perspektivləri ilə bağlı sual daha konkret məna kəsb edir. İrəliləyiş mümkündür, lakin bu, formal və ya birtərəfli ola bilməz. Ermənistanın beynəlxalq aləmdə “sülh tərəfdarı” imici real addımlarla, ilk növbədə hüquqi sahədə dəyişikliklərlə təsdiqlənməlidir. Əks halda, xarici ritorika ilə daxili siyasət arasında ziddiyyət qalmaqda davam edəcək. Azərbaycan üçün isə bu proseslər taktiki deyil, strateji əhəmiyyət daşıyır. 2026-cı il Ermənistan üçün seçim nöqtəsinə çevrilir: ya regionda formalaşan yeni reallıqlara uyğunlaşaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini qəbul etmək, ya da keçmişin ideoloji yükünün girovuna çevrilmək. Nəticə etibarilə, Cənubi Qafqazda dayanıqlı sülh yalnız Ermənistanda dərin institusional dəyişikliklər fonunda mümkün ola bilər. Konstitusiya islahatı və ərazi iddialarından qəti imtina müasir dövlət quruculuğunun ayrılmaz şərtidir. Bu addımlar atılmadan istənilən sülh təşəbbüsü yalnız daxili siyasi konyukturaya xidmət edən taktiki manevr kimi qiymətləndiriləcək və regionda real sabitliyin təmin olunmasına xidmət etməyəcək"-deyə, deputat vurğulayıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Aprel 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri