Icma.az
close
up
RU
“Bu, həmin Olimpiakos deyil, Qarabağ ı çətin sınaq gözləyir” İdman eksperti

“Bu, həmin Olimpiakos deyil, Qarabağ ı çətin sınaq gözləyir” İdman eksperti

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Qarabağ" UEFA Avropa Liqasında bu gün Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək. Bu oyun komandamızın Avropa Liqasında bu mövsüm sonuncu oyunudur. 

"Qarabağ"ın sonuncu oyunundan nə gözlənilir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti, futbol eksperti Emin Abbasov bildirdi ki, "Qarabağ"ı çətin sınaq gözləyir:

""Qarabağ" əvvəlki illərdə də avrokuboklarda "Olimpiakos"la üz-üzə gəlib. Səfərdə hətta 3:0 hesablı parlaq bir qələbə qazanmışdı. Amma özəlliklə vurğulamaq lazımdır ki, bu, həmin "Olimpiakos" deyil. Onlar xeyli güclənib və Avropa Liqasında uğurlu çıxış edirlər. Demək olar ki, pley-off vəsiqəsini təmin ediblər, hətta ilk səkkizliyə düşmək şansları da var. Onların istər futbolçuları, istərsə də məşqçiləri bu oyuna ciddi hazırlaşıblar və "Qarabağ" qarşısında qənaətbəxş nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər".

"Qarabağ"ın hazırkı vəziyyətinə toxunan ekspert, komandanın avrokuboklarda bu mövsüm uğursuz çıxış etdiyini vurğuladı.

"Yeddi oyundan cəmi bir qələbə və altı məğlubiyyət heç bir halda "Qarabağ" üçün qəbul edilə biləcək nəticə deyil. Bu oyunda komanda ən azı bir xal əldə etməklə və ya qalib gələrək avrokubok mövsümünü bir qədər pozitiv şəkildə bitirməyə çalışacaq. Lakin bu, asan olmayacaq. Çünki bir tərəfdə demək olar, ruhdan düşmüş "Qarabağ", bütün şanslarını itirmiş komanda, digər tərəfdən yüksəlişdə olan "Olimpiakos" və qələbəyə köklənmiş bir kollektiv. Nəzərə almaq lazımdır ki, "Olimpiakos" evdə oynayır. Üstəlik, Yunanıstan, kiprli azərkeşlər şox böyük coşqu ilə onları dəstəkləyirlər. Amma yenə də ümid edək ki, "qapını möhkəm çırpıb" qələbə qazanmaqla avrokubokla daha pozitiv notda vidalaşar", - Emin Abbasov dedi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri