“Bu, hər şeyi məhv edəcək...” Saakaşvili Azərbayan Ermənistan yaxınlaşmasından narahatdır
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin regionda yeni tranzit dəhlizi yaratmaq və Ermənistanla Azərbaycan arasında birbaşa daşımaları başlatmaq planları barədə bəyanatına münasibət bildirib.
“İlham Əliyevin bu gün tranzit marşrutunun Gürcüstan üzərindən keçdiyini, sabah isə Ermənistan üzərindən keçəcəyini deməsi 1990-cı və 2000-ci illərdə ölkə olaraq əldə etdiyimiz hər şeyi məhv edir”, - o “Facebook”da yazıb.
Eks-prezident vurğulayıb ki, Gürcüstan son dərəcə ağır geosiyasi dalana dirənib və bu vəziyyət yaxın vaxtlarda “ya bizi müstəqil dövlət kimi ləğv olunmağımıza aparacaq, ya da mafiya lideri İvanişvilinin caynağından qurtulub ölkəni sürətli inkişaf yoluna qaytaracaq”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Yanvar 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















