Icma.az
close
up
RU
Bu hərbçilər pensiya ala bilməyəcək? İddialar CAVABSIZ qaldı

Bu hərbçilər pensiya ala bilməyəcək? İddialar CAVABSIZ qaldı

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər hərbi qulluqçuların xidmət müddəti, yaş həddi, əməkhaqqı, əlavə ödənişləri və pensiya təminatı ilə bağlı bir sıra iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, iddialarda 2011-ci il və ondan əvvəl məzun olan hərbi qulluqçular üçün 25 illik xidmət müddətinin saxlanılacağı, 17 il və daha çox xidmət edən şəxslərə isə yeni qaydaların şamil olunmayacağı iddia edilir.

Bundan başqa, polkovniklər üçün məcburi xidmət yaşının 53, digər hərbi qulluqçular üçün isə 48 yaş müəyyən ediləcəyi bildirilir. İddialara görə, xidmətdən vaxtından əvvəl ayrılan hərbi qulluqçuların pensiya hüququ müvafiq yaş həddinə çatdıqdan sonra yaranacaq.

Yayılan məlumatlarda hərbi qulluqçuların əməkhaqqı və əlavə ödənişləri ilə bağlı da dəyişikliklərin olacağı qeyd edilir. Belə ki, 13-cü və 14-cü maaş, məzuniyyət pulu, maddi yardım, 20 faizlik əlavə və digər ödənişlərin ləğv ediləcəyi, məharət dərəcələrinə görə verilən əlavələrin faizinin isə azaldılacağı iddia olunur.

Həmçinin dəyişikliklərin 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcəyi barədə məlumatlar yayılıb.

Pensiyada olan hərbi qulluqçuların təminatı ilə bağlı da iddialar səsləndirilir. Bildirilir ki, pensiyaların artırılması mexanizmi dəyişdirilə və gələcək artımlar bütün hərbi pensiyaçılar üçün eyni məbləğdə müəyyən edilə bilər.

Qeyd edək ki, hərbi qulluqçuların xidmət müddəti və pensiya təminatı ilə bağlı dəyişikliklər daha əvvəl də müzakirə olunub. 2023-cü ildə parlamentdə təqdim edilən qanun layihəsində bəzi hərbi qulluqçular üçün xidmətin son yaş həddinin 45-dən 48-ə, hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmət müddətinin isə 20 ildən 25 təqvim ilinə artırılması təklif edilmişdi.

Bakıvaxtı.az yayılan son məlumatların hüquqi əsasını və hazırda belə dəyişikliklərin hazırlanıb-hazırlanmadığını dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə sorğu göndərib.

Sorğuda hərbi qulluqçuların xidmət müddəti, yaş həddi, əməkhaqqı, əlavə ödənişləri və pensiya təminatı ilə bağlı hər hansı dəyişikliklərin nəzərdə tutulub-tutulmadığı, həmçinin 2026-cı il oktyabrın 1-dən bu dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı qərar, əmr və ya digər normativ sənədin olub-olmadığı soruşulub.

Lakin Müdafiə Nazirliyindən sorğuya cavab verilməyib.

Hazırda qeyd olunan məlumatların rəsmi təsdiqi yoxdur. Nazirliyin mövqeyi açıqlanacağı təqdirdə Bakıvaxtı.az oxucularına təqdim edəcək.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Avqust 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri