Icma.az
close
up
RU
“Bu hücum Ərəb ölkələrinin İsraillə əməkdaşlıq cəhdlərini sıfıra endirir”

“Bu hücum Ərəb ölkələrinin İsraillə əməkdaşlıq cəhdlərini sıfıra endirir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Həqiqətən də İsrailin Suriyaya hücumları Yaxın Şərqdəki ümumi geosiyasi mənzərəyə tam zidd olan hücumlardır. Çünki ABŞ də hazırkı Suriya hakimiyyətini və eyni zamanda Türkiyənin Suriyadakı stabilləşmə planını qəbul edib. İsrail də ABŞ-nin birbaşa müttəfiqi olduğuna görə onun Suriyaya qarşı belə hücum etməsi həqiqətən də məntiqə sığmayan bir şeydir. Adətən bu, bir çox dövlətlərdə olur. Hakimiyyətdə olan qüvvələr İsraildə hakimiyyətdə qalmaq üçün hərbidən kənarda düşmən axtarmaqda istifadə edirlər. Bilirik ki, İranda İsrail öz məqsədlərinə tam olaraq nail olmadı. Üstündən bir müddət keçib və yəqin ki, İsrailin daxilində hakimiyyətə haqlı suallar ünvanlanır və belə bir vəziyyətdə yeni bir düşmən ortaya qoyulmalıdır. Bu düşmən Suriya olaraq İsrail xalqına təqdim olunur və onlara hücumları da bunu əsaslandırır”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

V.Əlibəyov bildirib ki, Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəyi ifadə edən birgə bəyanatı yayan ölkələr arasında elə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı bunların əksəriyyəti də ABŞ-nin müttəfiqləri olan dövlətlərdir: “Onu da deyim ki, İsrailin Suriyaya bu hücumu nəticədə son vaxtlar müşahidə olunan Ərəb ölkələrinin İsraillə əməkdaşlıq etmək cəhdlərini, imkanlarını sıfıra endirir. Bilirik ki, ABŞ-də “Avraam razılaşmaları” həyata keçirilir və onun məqsədi Ərəb dövlətləri ilə İsrail arasında sülhün əldə olunmasıdır. İsrailin də artıq Suriyaya hücum etməsi bunun qarşısını alan bir həmlə idi. Bir daha deyirəm, bu, çox gözlənilməz hücumlardır. Bunun arxasında nələr durur hələ dəqiq bilinmir. Bir az gözləyək, görək. Bu, elə ABŞ üçün də gözlənilməz zərbələr oldu”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri