Bu hüquqşünasların 50 faizdən çoxu imtahanda uğursuz oldu
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 75 nəfərdən yalnız 37 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.
KONKRET.az agenliyin hesabatına istinadən xəbər verir ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür. Belə ki 19 dekabr 2025-ci il tarixində DİM tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərindən 37 müraciətçidən 22-sinin, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərindən isə 29 nəfərdən 16-sının uğursuz nəticəsi qeydə alınıb.
“Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını əsasən Rusiya Federasiyası üzrə Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti, MİREA-Rusiya Texnoloji Universiteti, A.Qriqoryeviç və N.Qriqoryeviç Stoletovlar adına Vladimir Dövlət Universiteti, Altay Dövlət Universiteti; Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Y.Mudrıy adına Milli Hüquq Universiteti, T.Şevçenko adına Kiyev Milli Universiteti, Avropa Universiteti, Gömrük və Maliyyə Universiteti, Kiyev Milli Texnologiyalar və Dizayn Universitetindən əldə edib.
Məlumat üçün bildiririk ki, 19.12.2025-ci il tarixində DİM-in keçirdiyi imtahanda “Hüquqşünaslıq” ixtisası üzrə Türkiyə Respublikası Ankara və Bahçeşehir universitetlərinin tələbələri 30 sualdan 27 suala düzgün cavab verərək ən yüksək nəticə əldə ediblər. Eyni zamanda, sözügedən ixtisas üzrə Türkiyə Respublikasının ATM-lərindən məzun olmuş və imtahanda iştirak etmiş bütün müraciətçilər uğurlu nəticə əldə edib.
Bu istiqamətdə tərəfimizdən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















