Bu içki İnfarkt və İnsult Riskini Artıra bilər Həkimdən Xəbərdarlıq
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Şəkərsiz kola içkisi infarkt və insult riskini artıra bilər. Bu, içkinin tərkibində şəkər əvəzinə istifadə olunan şəkər əvəzediciləri ilə bağlıdır.
Bu barədə rusiyalı həkim Elvira Xaçirova Gazeta.ru-ya açıqlamasında bildirib.
"Bu, aşağıkalorili şəkər əvəzedicisi olan eritritdir. Eritrit qan dövranında trombositlərin aktivliyini artırır. Bu isə tromb yaranması üçün əlverişli şərait yaradır. Bu baxımdan şəxsi riskləri nəzərə almaq və hətta şəkəri az olan içkiləri də hədddən artıq qəbul etməmək tövsiyə olunur", - deyə Elvira Xaçirova bildirib.
Həkimin sözlərinə görə, ürək-damar sisteminə mənfi təsir göstərən bir sıra içkilərin istehlakı məhdudlaşdırılmalı, bəzən isə tamamilə imtina edilməlidir:
"Belə içkilərə alkoqollu içkilər daxildir. Alkoqol xüsusən də yüksək dozada qəbul edildikdə, qan təzyiqini artırır, ürək əzələsinə toksik təsir göstərir və ürək-damar xəstəliklərinin inkişaf riskini yüksəldir. Eyni zamanda, enerji içkiləri də təhlükəlidir. Onların tərkibindəki kofein və digər stimullaşdırıcı maddələr ürək döyüntüsünü və təzyiqi artıraraq ciddi fəsadlara səbəb ola bilər".
Xaçirova onu da qeyd edib ki, qəhvənin həddindən artıq istifadəsi də ürək və qan damarları üçün təhlükəlidir, xüsusilə kofeinə qarşı yüksək həssaslığı olan şəxslər üçün. "Bu səbəbdən daha çox su, qazsız içkilər, şəkərsiz çaylar və şəkər əlavə olunmamış meyvə-tərəvəz şirələri içmək tövsiyə olunur", - deyə o bildirib. (Oxu.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Nəfəsalma problemləri infarkt və insult riskini artıra BİLƏR
13 Oktyabr 2025 16:34
Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər
18 İyun 2025 08:06
Belə havalar infarkt və insult riskini artırır Həkimdən XƏBƏRDARLIQ
15 Sentyabr 2025 12:06
Bu içki infarkt və insult riskini azalda bilər
26 Sentyabr 2025 23:37
Bu peyvənd insult və infarkt riskini azaldır
28 Avqust 2025 12:59
Baxış sayı:122
Bu xəbər 19 İyun 2025 08:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları