Bu idarənin polis rəisi və əməkdaşları işdən qovuldu
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskvanın şimalında Koptevo Daxili İşlər İdarəsinin rəisi və sıravi patrul əməkdaşlarından tutmuş rəis müavininə qədər bir neçə digər əməkdaş işdən çıxarılıb.
Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, rəsmi məlumatda deyilir ki, bu qərarı paytaxt Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Oleq Baranov şübhəli şəxslə baş vermiş açıq-aşkar insidentlə bağlı aparılan daxili araşdırmanın nəticələrindən sonra verib.
Şənbə günü axşam patrul əməkdaşları Timiryazevski parkının yaxınlığında 17 yaşlı qızı saxlayıblar. O, narkotik alverində şübhəli bilinib. Patrulçulardan biri azyaşlını onunla cinsi əlaqəyə dəvət edib. Və bunun üçün onu şöbəyə aparmayacağına söz verdi. Post-patrul xidməti zabitinin ortağı həmkarının qanunsuz hərəkətlərinə mane olmayıb.
Nəticədə patrul əməkdaşları qızı sərbəst buraxıblar və o, özü polisə müraciət edib.
Faktla bağlı daxili araşdırma aparılıb və bütün faktlar təsdiqini tapıb. Yoxlama nəticəsində təqsirkar patrulçulardan ikisi, Koptevo Daxili İşlər İdarəsinin rəisi və onun müavini işdən çıxarılıb. Bölmə rəisinin şəxsi heyətlə iş üzrə müavininə rəsmi tələblərə tam əməl olunmaması ilə bağlı xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Noyabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















