Icma.az
close
up
RU
Bu iki bank digər bankların haqqına girir CƏDVƏL

Bu iki bank digər bankların haqqına girir CƏDVƏL

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Beynəlxalq Bank” və “Kapital Bank” aşkar şəkildə sistem əhəmiyyətli bank statusundan sui-istifadə edərək dollar əmanətləri üzrə müştərilərə yüksək faizlər təklif edirlər.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə hüquqşünas Əkrəm Həsənov çıxış edib. O bildirib ki, son dövrdə bir sıra banklarımız dollar əmanətləri üzrə faiz dərəcələrini artırıblar. Səbəb bəllidir: devalvasiya gözləntisi (qorxusu) olanlar manatda əmanət yerləşdirməkdən çəkinir:

“Dollar əmanətləri üzrə faiz dərəcəsi isə son illər ərzində çox aşağı idi – 1-2%. Xatırladıram ki, xarici valyutada qorunan (sığortalanan) əmanət faiz dərəcəsi 2,5%-dir: yəni bu dərəcədən yuxarı yerləşdirilən əmanətin sığortası yoxdur və bank ləğv olunduğu halda pul batacaq (məlum olduğu kimi, müflis banklarda olan-qalan vəsaitin başına da Əmanətlərin Sığortalanması Fondu daş salır, buna görə sığortasız əmanətçilərə heç nə çatmır/və ya qəpik-quruş çatır).

Hazırda isə bir neçə bankımız 3-5% dərəcəsi ilə sığortasız dollar əmanəti qəbul edir. Manat əmanəti üzrə qorunan (sığortlanan) faiz dərəcəsi 12% olsa da, devalvasiyadan qorxanların bir qismi sığortasız əmanət qoymağa cürət edir. Yəni onlar sanki deyir: bankların bağlanma ehtimalı devalvasiya ehtimalından daha aşağıdır”.

Ekspert bildirib ki, “Beynəlxalaq Bank” və “Kapital Bank” isə yaranmış vəziyyətdən sui-istifadə edərək 4%-lə dollar əmanəti qəbul etməyə başlayıblar:

“Məsələ burasındadır ki, onlar sistem əhəmiyyətli banklardır. Yəni onlar bank sistemimiz üçün o qədər əhəmiyyətlidir ki, dövlət onların bağlanmasına heç vaxt yol verməyəcək. Çünki onlar nəinki kapital və aktivlərinə görə ölkənin iki ən iri bankıdır, həmçinin bir sıra layihələrin (pensiya kartları, məmurların maaş kartları və s.) də icraçısıdırlar.

Yadınızdadır, bir neçə il əvvəl “Beynəlxalq Bank” faktiki müflis idi, amma dövlət milyardlarla vəsait xərcləyərək onun batmasına yol vermədi.

Odur ki, onlar da indi dollar əmanətləri üzrə yüksək faizlər müəyyən edərək faktiki olaraq hüquqdan sui-istifadə edir və digər bankların haqqına girirlər (bunun formal olaraq haqsız rəqabət olub-olmaması Rəqabət Məcəlləsinin axtalığını nəzərə alaraq başqa məsələdir, lakin hüquqdan sui-istifadə aşkardır). Təbii ki, dollar əmanətçiləri üçün bu iki bank daha təhlükəsiz olduğu üçün onlara üstünlük verəcəkləri ehtimalı yüksəkdir. Bu isə sağlam rəqabət prinsiplərinə ziddir”.

Qeyd edək ki, təqdim edilən cədvəldə yaşıl rənglə sığortasız dollar əmanət faizi təklif edən banklar qeyd olunub. Qırmızı rənglə isə onların haqqına girən iki bank.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri