Bu il 5 fənn üzrə müəllimlər ilk dəfə sertifikasiyadan keçəcək
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ildə ümumi təhsil müəssisələrində çalışan 5 fənn üzrə müəllimlər ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Gununsesi.info xəbər verir ki, sertifikatlaşdırma tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənlərini tədris edən müəllimləri əhatə edəcək.
Məlumat üçün bildirək ki, sertifikatlaşdırma imtahanlarında hər il müvafiq fənn müəllimləri ilə yanaşı, əvvəlki illərdə keçid balını toplaya bilməyən müəllimlər də iştirak edə bilərlər. Belə ki, məsələn, müvafiq keçid balını toplaya bilməyən müəllimlərə yenidən imtahan vermək imkanı yaradılır. Bu proses “təkrar sertifikatlaşdırma imtahanı” adlanır.
Qeyd edək ki, 2026-cı ilin sonunadək ümumilikdə 40 min müəllimin sertifikatlaşdırmadan keçməsi planlaşdırılır.
Xatırladaq ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə müəllimlər üçün sertifikatlaşdırma imtahanları keçirilib.
Baxış sayı:56
Bu xəbər 28 Yanvar 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















