Icma.az
close
up
RU
Bu il 700 bal yığan abituriyent niyə olmadı?

Bu il 700 bal yığan abituriyent niyə olmadı?

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət İmtahan Mərkəzi iyulun 6-da keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini açıqlayıb. II ixtisas qrupu üzrə ən yüksək nəticə 677,9 bal, III ixtisas qrupu üzrə isə 691,8 bal olub. Bu il 700 bal toplayan abituriyentin olmaması isə müzakirələrə səbəb olub.

Təhsil eksperti Məzahir Məmmədli Metbuat.az-a açıqlamasında bu yanaşmanı düzgün hesab etməyib:

“Bəziləri bunu Dövlət İmtahan Mərkəzinin qurduğu sistemin problemi kimi təqdim etməyə çalışdı, digərləri isə ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin aşağı olması ilə əlaqələndirdi. Amma mənə görə, "700 bal niyə yoxdur?" sualı bir qədər düzgün yanaşma deyil. Yetər ki, müasir dövrün tələblərinə cavab verən, bilikli, bacarıqlı, savadlı uşaqlar yetişsin. Əslində, bu gün bizim üçün daha ciddi problem odur ki, ümumtəhsil məktəblərinin reytinqi hələ də abituriyentlərin topladığı ballarla ölçülür. Təəssüf ki, hansı məktəbin məzunu maksimum nəticə göstəribsə, bu, həmin məktəb üçün bir növ piar vasitəsinə çevrilir. Bu yanaşma isə, fikrimcə, kökündən qüsurludur və dəyişməlidir”.

Ekspertin sözlərinə görə, qəbul qaydaları sadələşdirilməli, bu cür nəticələrin piar alətinə çevrilməsi dayandırılmalıdır:

“Çünki abituriyentlər bir-biri ilə müqayisə olunur, bəzən bu müqayisələr psixoloji gərginlik yaradır. Elə hallar olur ki, abituriyent zəif nəticə göstərsə də, bunun müxtəlif səbəbləri ola bilər. Ya biliyini ifadə edə bilməyib, ya da bilik səviyyəsi bu qədər olub. Təəssüf ki, bəzi hallarda bu, intihara qədər aparır. Buna görə də düşünürəm ki, bizdə qiymətləndirmə meyarları dəyişməli, qəbul qaydaları daha ədalətli və şəffaf şəkildə tənzimlənməlidir. Ümumtəhsil məktəblərinin reytinqi isə təkcə maksimum nəticə göstərən abituriyentlərlə deyil, ümumi nəticələr və abituriyent sayı nəzərə alınaraq qiymətləndirilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri