Bu il 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 8 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və ailə qayğısı ilə əhatə olunması istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ilk rübündə də həssas kateqoriyadan olan ailələrə səfərlər edilib və ilkin qiymətləndirmə aparılaraq müvafiq dəstək tədbirləri göstərilib.
Görülən qabaqlayıcı sosial dəstək tədbirləri nəticəsində 74 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır.
Eyni zamanda, həmin dövrdə valideyn himayəsindən məhrum olmuş 28 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə qızdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 08 Aprel 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















