Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 970 milyon dolları ötüb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 970,6 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, bu göstərici ötən ilin ilin eyni dövrü ilə müqayisədə 1,43 faiz çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,2 faiz payla Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra 6-cı yerdə qərarlaşıb.
Qeyd olunan dövrdə Gürcüstandan Azərbaycana 529,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 2,6 faiz azdır. Azərbaycan Gürcüstanın ixracında 10,3 faiz payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra 4-cü yerdə qərarlaşıb.
Gürcüstanın Azərbaycandan idxalı etdiyi məhsulların həcmi isə ötən ilin eyni dövü ilə müqayisədə 6,4 faiz artaraq 440,7 milyon dollara yüksəlib. Azərbaycan 3,3 faiz payla qonşu ölkənin idxalında ABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra 7-ci əsas idxal tərəfdaşı olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















