Bu il Azərbaycanda işsizlərin sayı 300 nəfər azalıb
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bu ilin oktyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 279,3 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 10 ay ərzində ölkədə işsizlərin sayı təxminən 300 nəfər azalıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 375,8 min nəfər olub, onların 5 milyon 96,5 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2025-ci ilin iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 236,4 min nəfər olub və onların 50,9%-ini qadınlar təşkil edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bu il işsizlərin sayı 3,4 min nəfər azalıb
20 Noyabr 2024 13:27
Bu il Azərbaycanda muzdlu işçilərin sayı 10,1 min nəfər azalıb
10 Sentyabr 2025 16:29
Son 3 ayda Azərbaycanda işsizlərin sayı 900 nəfər artıb
15 Aprel 2025 17:14
Azərbaycanda qeydiyyata alınan işsizlərin sayı açıqlanıb
27 Fevral 2025 11:14
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb RƏSMİ
14 Noyabr 2025 15:33
Baxış sayı:88
Bu xəbər 14 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















