Bu il Azərbaycanda qatar qəzalarında ölənlərin sayı açıqlanıb
Icma.az bildirir, Anews portalına istinadən.
2024-cü ilin 10 ayında ADY-yə məxsus yollarda qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib, nəticədə 5 nəfər xəsarət alıb, 11 nəfər vəfat edib.Bu haqda ADY sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, dəmir yolunda qəza hadisələrinin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyinə görə baş verir:
"ADY qəzaların qarşısının alınması məqsədilə dəmiryol ətrafında yerləşən məktəblərdə maarifləndirmə işləri görür, sakinlərlə görüşlər keçirir.Həmçinin yolların müasir avadanlıqla diaqnostikasını aparır, keçidlərdə xəbərdaredici nişanları artırır, dəmir yollarına yaxın ərazilərdə maarifləndirici posterlər yerləşdirir”.
Hər il dünyada təxminən 1,3 milyon insan yol qəzalarında həlak olur. Dəmir yollarındakı qəzalarda isə 7-10 min insan həyatını itirir.www.anews.az
Baxış sayı:112
Bu xəbər 17 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















