Icma.az
close
up
RU
Bu il BMU nun qəbul planı artırılıb

Bu il BMU nun qəbul planı artırılıb

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetinin (BMU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planı təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bu il də qəbul planında mühüm dəyişikliklər və yeniliklər öz əksini tapıb.

Dəyişikliklər tələbə qəbulu, ixtisas sayının artım dinamikasında və yeni ikili diplom proqramının tətbiqində özünü göstərir (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).

Belə ki, BMU-nun bakalavriat səviyyəsində ixtisasların sayı 36-dan 39-a çatdırılıb. Tədris olunacaq ixtisaslar üzrə, ümumilikdə 2585 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə əlavə 300 yer artım deməkdir. Ayrılan yerlərdən 1745-i Azərbaycan bölməsi (əyani), 200 yer qiyabi təhsil forması, 640 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.

Qəbul planına bakalavriat səviyyəsi üzrə əlavə edilən 3 yeni ixtisas sırasında “Data analitikası”, “Dekorativ-tətbiqi sənət”, “Turizm işinin təşkili” yer alır. Yeni ixtisaslara ayrılan yerlərə gəldikdə, “Data analitikası” ixtisasına ingilis bölməsi üzrə əyani təhsil formasında 55, “Dekorativ-tətbiqi sənət” ixtisasına Azərbaycan bölməsinin əyani təhsil forması üzrə 30, “Turizm işinin təşkili” ixtisasına isə 60 yer nəzərdə tutulub.

Digər mühüm yenilik bu ildən “Kimya mühəndisliyi” ixtisasına kadr hazırlığının Çinin Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) ilə birgə ikili diplom proqramı çərçivəsində aparılmasıdır. Yüksək akademik göstəricilərə sahib tələbələr III və IV tədris illərində PKTU-da təhsillərini davam etdirəcəklər.

“Memarlıq” və “Dizayn”, o cümlədən yeni açılan “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

Qəbul planında bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması da öz əksini tapıb. Ümumilikdə 9 ixtisas (Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Mühasibat, Şərabçılıq, Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)) həm də qiyabi təhsil formasında tədris ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri