“Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır.
M.Abbaszadə əlavə edib ki, bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib: “Bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54 246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37 692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 mindən çox imtahan iştirakçısı var”.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















