Icma.az
close
up
RU
Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub STATİSTİKA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin I yarısında elmi dərəcə verilmiş iddiaçılar üzrə statistik məlumatlara əsasən elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sosial media hesabında yaydığı məlumata əsasən, hesabat dövründə fəlsəfə doktoru elmi dərəcəsi üzrə ümumilikdə 295 nəfərə diplom verilib.
 

"Onlardan 209-u qadın, 86-sı isə kişidir. Elmlər doktoru elmi dərəcəsi üzrə isə ümumilikdə 40 nəfər elmi dərəcə alıb. Bu kateqoriyada qadın və kişilərin sayı bərabər olub – 20 qadın, 20 kişi. Fəlsəfə doktoru dərəcəsi üzrə ən çox qadın iddiaçı filologiya elmləri sahəsində qeydə alınıb. Bu sahədə 59 qadın, 2 kişi elmi dərəcə alıb. Qadınların fəallığı həmçinin iqtisad elmləri (23 nəfər), pedaqogika (22 nəfər), biologiya elmləri (19 nəfər) və tibb elmləri (17 nəfər) sahələrində də yüksək olub".


Hesabata görə, kişilər arasında isə fəlsəfə doktoru dərəcəsi üzrə ən yüksək göstərici iqtisad elmləri və texnika elmləri sahələrində qeydə alınıb. İqtisad elmlərində 23 kişi, texnika elmlərində isə 19 kişi elmi dərəcə əldə edib.
Elmlər doktoru dərəcəsi üzrə qadınlar arasında ən yüksək göstərici filologiya elmləri sahəsinə məxsus olub. Bu istiqamətdə 8 qadın, 2 kişi elmlər doktoru adına layiq görülüb.
Kişilər arasında isə elmlər doktoru dərəcəsi üzrə ən yüksək göstəricilər texnika elmləri və iqtisad elmləri sahələrində qeydə alınıb. Hər iki istiqamətdə 4 kişi elmlər doktoru elmi dərəcəsi alıb.
Qeyd edək ki, AAK-ın açıqladığı statistikaya əsasən, 2026-cı ilin ilk altı ayında elmi dərəcə alanlar arasında qadınlar, xüsusilə fəlsəfə doktoru pilləsində, say baxımından kişiləri əhəmiyyətli dərəcədə üstələyiblər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyul 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri