Icma.az
close
up
RU
Bu il hansı deputat qurban kəsəcək? AÇIQLAMA

Bu il hansı deputat qurban kəsəcək? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qurban bayramına sayılı günlər qaldıqca, cəmiyyətdə bayram hazırlıqları və ənənəvi ibadətlərlə bağlı müzakirələr də intensivləşir. İslam aləmində xüsusi önəm daşıyan bu bayram həm yardımlaşma, həm də paylaşma ruhunu özündə birləşdirir. Hər il olduğu kimi, bu il də müxtəlif vəzifəli şəxslərin, o cümlədən millət vəkillərinin qurban kəsib-kəsməyəcəyi ictimai maraq doğuran məsələlərdən biridir. Xüsusilə deputatların qurban ibadətini necə yerinə yetirməsi, kəsilən qurbanların ehtiyac sahiblərinə paylanıb-paylanmaması və bayram ənənələrinə münasibətləri diqqət mərkəzindədir. 
Maraqlıdır, görəsən, bu il deputatlar Qurban bayramını necə qeyd edəcək?
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir ildə olduğu kimi, müsəlmanların borcudur ki, imkanı varsa qurban kəssinlər:
“Əlbəttə, biz də bu ibadəti yerinə yetirəcəyik. Qurban bayramı təkcə dini mərasim deyil, eyni zamanda insanlar arasında həmrəylik, paylaşmaq və yardımlaşma bayramıdır. Xüsusilə ehtiyac sahibi ailələrin yad olunması, onlara qurban payının çatdırılması bu bayramın əsas mahiyyətini təşkil edir. Çalışırıq ki, bayram günlərində daha çox ailəyə dəstək olaq və onların sevincinə şərik olaq. İnanırıq ki, bu cür dəyərlərin yaşadılması cəmiyyətdə birlik və mərhəmət hissini daha da gücləndirir”.
Deputat Vüqar İsgəndərov deyib ki, seçildiyim vaxtdan bu günə qədər hər il Qurban bayramında Şəki şəhərində qurban kəsərək insanlara paylamışıq:
“Əsas diqqəti maddi vəziyyəti aşağı olan ailələrə və sosial kateqoriyaya aid insanlara yönəldirik. Bu aksiyanı adətən iki gün ərzində həyata keçiririk. Həmin günlərdə insanlarla görüşür, onların bayramını təbrik edir və birlikdə bu bayramın sevincini yaşayırıq. Artıq bu, bizim üçün ənənəvi xarakter alıb. Hər il olduğu kimi, bu il də qurban kəsərək paylanmasını təşkil etməyi planlaşdırırıq və düşünürəm ki, bu işi yenə də yüksək səviyyədə həyata keçirəcəyik”.
Millət vəkili Zahid Orucun sözlərinə görə, müsəlman aləmində, İslam dünyasında min illərdir qeyd olunan Qurban bayramı Azərbaycan xalqının həyatında da müstəsna yer tutur:
“Müstəqillik qazandıqdan sonra bu bayram dövlət səviyyəsində rəsmiləşdirilib və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd olunur. Qurban bayramı yardımlaşmaya, humanizmə, bərabərliyə, insanlar arasında doğmalığın və paylaşma hissinin güclənməsinə xidmət edən müqəddəs bayramlardan biridir. Bu bayram insanlara kasıbın, ehtiyac sahibinin halını duymağı, əlindəkini bölüşməyi və mənəvi zənginliyin maddi imkanlardan daha üstün olduğunu xatırladır. İldən-ilə müşahidə olunan mənzərə də onu göstərir ki, Qurban bayramı cəmiyyətimizdə daha geniş miqyasda qeyd olunur. Burada artıq titulun, statusun və ya vəzifənin fərqi yoxdur. İnsanlar vahid bir dəyər ətrafında birləşir, eyni duyğunu paylaşırlar. Qarabağ zəfərindən sonra isə bu bayramın mənəvi yükü və təntənəsi daha da artıb. İnsanlarımız illərlə etdikləri duaların qəbul olunduğunu görərək artıq doğma torpaqlarında Qurban bayramını qeyd etmək imkanı qazanıblar. Bu isə həqiqətən də müstəsna hadisədir”.
O qeyd edib ki, qurban ibadətinin əsas mahiyyəti ilahi yolda paylaşmaq, xeyirxahlıq etmək və insanlara faydalı olmaqdır:
“İnsanlar bu ibadəti öz arzuları, ailələri, övladları və niyyətləri ilə həyata keçirsələr də, əsas məram Allah yolunda birlik və mərhəmət hissini yaşatmaqdır. Mən də ötən illər ərzində bir insan olaraq hər il qurban kəsməyə çalışmışam. Bayram günlərində bunu yaxın insanlarla birlikdə həyata keçirmişik və dini qaydalara uyğun şəkildə təşkil etmişik. Təbii ki, həmin qurban paylarını ehtiyac sahibi ailələrə, tanıdığımız insanlara çatdırmağa çalışmışıq. Çünki hər birimizin ətrafında, yaşadığımız məhəllədə, münasibətdə olduğumuz insanlar arasında yardıma ehtiyacı olan vətəndaşlar var. Biz də bunu xüsusi şəkildə nümayiş etdirmədən, daha çox bayramın mənəvi mahiyyətinə uyğun formada həyata keçirməyə üstünlük vermişik. Dövlət qurumları və təşkilatlar səviyyəsində keçirilən tədbirlərdə isə təbii olaraq media nümayəndələri də iştirak edir. Bu da həm bayram ənənələrinin təbliği, həm də daha çox insanın xeyriyyəçilik və paylaşma aksiyalarına qoşulması baxımından vacibdir. Əlbəttə, bu il də qurban kəsəcəyik və həmişə olduğu kimi onu insanlarla paylaşmağa çalışacağıq. Planımız bundan ibarətdir. Bir daha xalqımızın, dövlətimizin və Ali Baş Komandanımızın Qurban bayramını təbrik edir, hər kəsə cansağlığı və firavanlıq arzulayıram”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri