Icma.az
close
up
RU
Bu il hansı qrupda ballar aşağı düşəcək?

Bu il hansı qrupda ballar aşağı düşəcək?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il ali məktəblərə qəbul imtahanları keçiriləndə abituriyentləri və valideynləri düşündürən ən aktual sual keçid ballarının hansı istiqamətdə dəyişəcəyidir. İmtahan suallarının çətinlik dərəcəsi, plan yerlərinin artırılması və abituriyentlərin ümumi nəticələri bu dinamikaya birbaşa təsir göstərir.
Son günlər aparılan müzakirələr və statistik təhlillər göstərir ki, builki mənzərə ötən illərdən müəyyən qədər fərqlənir. Xüsusilə bəzi ixtisas qruplarında rəqabətin zəifləməsi balların enməsini qaçılmaz edir.
Bizim.Media “metbuat.az”a istinadən xəbər verir ki, real vəziyyəti təhlil etdikdə, builki əsas enişin I və IV ixtisas qruplarında müşahidə olunacağı gözlənilir. Bunun ən böyük səbəbi texniki və tibb fənləri üzrə imtahan suallarının, xüsusilə riyaziyyat və kimya blokunun abituriyentlər üçün nisbətən mürəkkəb olmasıdır.
 

Digər tərəfdən, dövlət sifarişli (ödənişsiz) plan yerlərinin məhz bu qruplarda artırılması rəqabəti azaldır və yüksək ballı ixtisaslar istisna olmaqla, ümumi keçid həddinin aşağı düşməsinə şərait yaradır. II və III qruplarda isə humanitar və iqtisadi sahələrə maraq stabil qaldığından kəskin bir azalma proqnozlaşdırılmır.


Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Fuad Məmmədov da bu fikirləri bölüşür:
"Builki imtahan nəticələri və abituriyentlərin ümumi bal göstəriciləri bizə onu deməyə əsas verir ki, xüsusilə I qrupda mühəndislik və texnoloji ixtisasların bir çoxunda keçid ballarında ötən ilə nisbətən eniş görəcəyik. Sual tiplərinin dəyişməsi və plan yerlərinin genişləndirilməsi abituriyentlərin xeyrinə işləyir. IV qrupda isə bəzi regional universitetlərin tibb və biologiyayönümlü ixtisaslarında balların 15-20 bal civarında aşağı düşməsi tamamilə realdır".
Ekspert qeyd edib ki, abituriyentlər ixtisas seçimi zamanı panikaya düşməməli, yerli medianın təqdim etdiyi statistik rəqəmləri və ekspert rəylərini düzgün analiz edərək öz şanslarını real qiymətləndirməlidirlər:
"Balların aşağı düşmə ehtimalı düzgün kodlaşdırma ilə uğurlu nəticə əldə etmək üçün böyük şansdır”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 İyun 2026 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri