Icma.az
close
up
RU
Bu il I və IV qruplarda güclü abituriyent rəqabəti olacaq

Bu il I və IV qruplarda güclü abituriyent rəqabəti olacaq

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 2-də keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlanıb. Builki buraxılış imtahanlarının ilkində 23 nəfər maksimum bal toplayıb ki, keçən il bu rəqəm 14 idi. Bu da bu il keçən ilə nisbətən maksimum bal toplayanların sayının daha çox olacağını deməyə əsas verir.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu nəticələr gözlənilən idi:

“2024-cü il ilə müqayisədə bu il birinci mərhələdə maksimum bal toplayanların sayı çoxdur. Keçən il 14 olan rəqəm bu il 23-ə çatıb. Bu onu göstərir ki, martın 9-da keçirilən imtahanların nəticələri açıqlananda da biz daha çox rəqəmlər görə biləcəyik. Keçən il ümumilikdə 53 nəfər maksimum 300 bal toplamışdı. Bu il bildiyimiz kimi, ali məktəblərə qəbul planında da artım olacaq. 65 minə yaxın plan yeri ayrılacaq. Təbii ki, rəqabət olacağını proqnozlaşdırmaq mümkündür.
Buraxılış imtahanlarının nəticələri göstərir ki, artıq müəllimlərimiz və şagirldərimiz Dövlət İmtahan Mərkəzinin suallarının modelini, qiymətləndirmə meyarlarını mənimsəyiblər. Açıqlanan nəticələr abituriyentlərimizi blok imtahanlarına, yəni qəbul imtahanlarının ixtisas qrupu hissəsinə daha ciddi hazırlaşmağa məcbur edir. Abituyentlər dayanmamalıdır, tezliklə martın 9-da keçirilən nəticələr də açıqlanacaq. Ümumilikdə imtahan nəticələrini çox yaxşı qiymətləndirmək olar. Çünki şagirdlərimizin nəticələri nə qədər yaxşı olarsa, bu onların motivasiyalarının yüksəlməsinə gətirib çıxaracaq. Amma abituriyentlər diqqətli olmalıdırlar, çünki blok imtahanı ən ciddi mərhələdir. Burada onların rəqiblərinin balları yüksəlir. Keçən illə müqayisədə yüksək bal toplayanların sayı artıb. Bu da abituriyentləri daha məsuliyyətli edir. Onlar blok imtahanına da ciddi hazırlaşmalıdırlar ki, nəticə qane etsin”.

K.Əsədovun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri blok imtahanlarına birmənalı şəkildə təsir edəcək:

“Düşünürəm ki, blok imtahanlarında sualların bir az çətin olması mümkündür. Çünki yüksək ballı şəxslərin sayının çoxalması ciddi rəqabət mühiti yarada bilər və hətta yüksək bal toplayan bəzi abituriyentlər kənarda qala bilər. Buraxılış imtahanında keçən ilə nisbətdə ilkin nəticələrin yuxarı olması DİM-in açıq suallarında çətinləşməyə səbəb olacaq. Orta və ağır suallların sayının azalması, çətin tipli sualların isə artmasını proqnozlaşdırmaq olar ki, bu da daha bilikli uşaqlaırn seçiməsinə imkan verəcək”.

“Builki proqnozumuz I və IV ixtisas qruplarında rəqabət olacağını deyir. Həm də abituriyentlərin sayı çoxdur. Yüksək bal toplayanların da əksəriyyəti I və II qrupun payına düşür. Ən böyük proqnozumuz I və IV qrupda ciddi rəqabət olacağıdır”, - ekspert qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri