Icma.az
close
up
RU
Bu il itirdiyimiz məşhurlar Aygün Bəylər, Cavanşir Məmmədov, Nəsiman Yaqublu...

Bu il itirdiyimiz məşhurlar Aygün Bəylər, Cavanşir Məmmədov, Nəsiman Yaqublu...

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin əvvəlindən bugünədək Azərbaycanda bir çox məşhur müxtəlif səbəblərdən dünyasını dəyişib.

Moderator.az Musavat.com-a istinadən bu il vəfat etmiş məşhurların adlarını təqdim edir:

Gülbahar Şükürlü. Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü bu ilin yanvarın 5-də 62 yaşında dünyasını dəyişdi. İfaçı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi ona xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 2009-cu ildə mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

 

Aygün Bəylər. Əməkdar artist Aygün Hümmətova (Bəylər) isə 48 yaşında yanvarın 6-da Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişdi. Aygün Bəylər də uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) ilk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində, nağara sinfi üzrə alıb.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət tədbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

 

Mövlud Süleymanlı. Xalq yazıçısı Mövlud Süleymanlı fevralın 21-də 81 yaşında vəfat etdi. Xatırladaq ki, Mövlud Süleymanlının “Köç”, “Ceviz qurdu”, “Səs” əsərləri xüsusilə məşhurdur. Həmçinin bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib. Yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. O, 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

 

Cavanşir Məmmədov. Əməkdar artist Cavanşir Məmmədov isə aprelin 20-də 70 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdi. Xatırladaq ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb. C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

 

Elmira Süleymanova. Aprelin 25-də  sabiq İnsan hüquqları üzrə sabiq müvəkkil (Ombudsman) Elmira Süleymanova 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etdi.

 

Nəsiman Yaqublu. Bu il vəfat edənlərdən biri də Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu oldu. Xatırladaq ki, parlament seçkilərində namizəd olan Nəsiman Yaqublu avqustun 25-də seçiciləri ilə görüşdən qayıdarkən qəzaya düşərək, dünyasını dəyişib.

 

Tağı Əhmədov. “Bakı Metropoliteni” QSC-nin 16 il rəisi olmuş (1998-2014) Tağı Əhmədov isə oktyabrın 18-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Şahlar Quliyev. Xalq artisti opera müğənnisi, həmçinin aktyor nofəl Şahlaroğlunun atası Şahlar Quliyev oktyabrın 26-da 78 yaşında vəfat etdi.

 

Meyxanaçı Xəyyam Əhmədli. Tanınmış meyxana ifaçısı Xəyyam Əhmədli dekabrın 3-də 44 yaşında vəfat etdi. Sənətçi uzun illərdir idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Hətta son günlər ictimaiyyət tərəfindən onun sağalması üçün 240 min manat pulun yığılması üçün kampaniyaya start vermişdi.

O, "De Gelsin 2009"un qalibi, eyni zamanda Azərbaycanın Xalq artistlərinin ifa etdiyi xit mahnılarının müəllifi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri