Bu il MİQ lə işə qəbul olunmuş müəllimlərin SAYI
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı ildə Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində ümumilikdə 121 min 424 müəllim fəaliyyət göstərir.
Gununsesi.info xəbər verir ki, bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
2026-cı ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə 4213 müəllim işə qəbul olunub.
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın müəllim müsahibə mərhələsinə dəvət edilib.
Bu günə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada müəllimlərin şəxsi kabinetlərinə göndərilir.
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə sentyabrın 17-də başlanılıb və oktyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















