Icma.az
close
up
RU
Bu il Naxçıvanın ixrac əməliyyatlarının həcmi 10,3 milyon dolları ötüb

Bu il Naxçıvanın ixrac əməliyyatlarının həcmi 10,3 milyon dolları ötüb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 24 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində cari ilin 9 ayı ərzində görülmüş işlər və bu il qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində cari ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlı olduğunu əsaslandırıb.

Baş İdarə rəisinin müavini Rəşad Bayramov vurğulayıb ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan idxal əməliyyatlarının həcmi 82 milyon 773 min, ixrac əməliyyatlarının həcmi isə 10 milyon 333 min dollar dəyərində olmuşdur. 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxalın həcmində 8 faiz azalma, ixracın həcmində isə 30 faiz artım müşahidə olunub. Ötən dövr ərzində komitə tərəfindən Baş İdarə üzrə müəyyən olunmuş 32 milyon 407 min manat proqnoza qarşı 35 milyon 64 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin edilmiş, 9 aylıq proqnoz-tapşırıq 108,2 faiz yerinə yetirilib. Muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayında azalma olmasına baxmayaraq “Naxçıvan Muxtar Respublikasının 2025-ci ilin büdcəsi haqqında” Qanunu ilə təsdiq edilmiş “Xarici dövlətlərdə qeydiyyatda olan avtоnəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yоl vergisi” üzrə müəyyən olunan 8 milyon 880 min manat proqnoza qarşı Baş İdarə tərəfindən 13 milyon 725 mion manat yəni 55 faiz artıq vəsait muxtar respublikanın büdcəsinə köçürülüb.

Hesabat dövrü ərzində mövcud qanunvericiliyə əsasən 42 milyon 646 min dollar dəyərində olan mallar, yəni ümumi idxalın 52 faizi idxal gömrük rüsumundan, 11 milyon 15 min dollar dəyərində olan mallar isə yəni ümumi idxalın 13 faizi əlavə dəyər vergisindən azad edilib.

Qeyd edilib ki, Baş İdarə tərəfindən konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində də tədbirlər mütəmadi olaraq davam etdirilib. Ötən dövr ərzində ixrac olunan malların müqabilində olan ümumilikdə 2 milyon 835 min 527 dollar məbləğində vəsaitin şəxslərin Azərbaycandakı müvəkkil banklarda olan hesablarına köçürülməsi təmin edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci il yanvar-sentyabr ayları ərzində muxtar respublikanın ərazisindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayında 24 min 686 ədəd və ya 20 faiz azalma müşahidə olunub.

Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə olunması, əməkdaşların bilik və bacarıqlarının yüksəldilməsi, əməliyyat məlumatları əsasında şübhəli şəxslər və nəqliyyat vasitələri ilə bağlı müəyyən edilmiş risk profillərinə uyğun gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi sayəsində hüquqpozma hallarına qarşı mübarizə daha da gücləndirilib.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Baş İdarə tərəfindən 48 cinayət xarakterli fakt üzrə ilkin təhqiqat aparılıb. İcraatda olan cinayət işləri üzrə təqsirləndirilən şəxslərin 18-i Azərbaycan Respublikasının, 30-u isə xarici ölkə vətəndaşı olub.

Narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkisi 140 kiloqram 310,981 qram qurudulmuş marixuana, 59,881 qram həşiş, 4,378 qram həşiş qətranı, 101 kiloqram 900 qram maye halında (bərk halda 5 kq 355,488 qram) metamfetamin, 148 ədəd diazepam (0,48 qram), 118 ədəd alprazolam (0,14 qram), 39 ədəd preqabalin (5,075 qram), 120 min 740 ədəd siqaret və 131 min 538 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanaraq götürülüb.

Rəqəmsal inzibatçılıq şöbəsinin rəisi Emin Eylazov “Qiymətləndirmə meyarlarını” müqayiəsli şəkildə video təqdimatla iclas iştirakçılarının diqqətinə çatdırıb.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev tədbirə yekun vuraraq qeyd edib ki, komitə rəhbərliyinin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq Naxçıvanda gömrük işi sahəsində daha yüksək nəticələrin qazanılması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri