Bu il nə qədər müavinət və Prezident təqaüdü ödənilib?
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
"Cebheinfo.az" xəbər verir ki, onlardan 505 min nəfərə müavinət olaraq 738 milyon manat, 405 min nəfərə Prezident təqaüdü olaraq 474 milyon manat, 158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 102 milyon manat ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 13 faiz, təqaüdlər üzrə 14 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 8 faiz çox olub.
Bu ilin 7 ayında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Avqust 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















