Bu il ölkədə neçə kilometr avtomobil yolu qurulub və təmir olunub?
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2024-cü ildə 107.3 min nəfər əhalinin yaşadığı 71 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 252 km olan,12 kəndlərarası avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan növbəti hesabat iclasında deyilib.
Bildirilib ki, Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçirilməsi ilə əlaqədar olaraq paytaxtımızın ilk növbədə təmiri tələb olunan 10 km uzunluğa malik 8 Noyabr prospekti də daxil olmaqla 31 ünvanda əsaslı təmiri işləri aparılıb.
Ümumilikdə cari ildə ölkə ərazisində 382.7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub.
(trend)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















