Icma.az
close
up
RU
Bu il qeydə alınan ən aşağı və ən yüksək temperatur açıqlandı

Bu il qeydə alınan ən aşağı və ən yüksək temperatur açıqlandı

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


2024-cü il ərzində ölkə ərazisində müşahidə olunan hava proqnozu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
Məlumata görə, 2024-cü ildə Bakıda və Abşeron yarımadasında müşahidə olunan orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub. İl ərzində Bakıda və Abşeron yarımadasında maksimal temperatur avqustun 5-i müsbət 39 dərəcə, bölgələr üzrə isə Hacıqabulda iyulun 5-i müsbət 43.5 dərəcə qeydə alınıb.
O qeyd edib ki, 2024-cü il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub.
“İlin ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit keçib, leysan xarakterli intensiv yağış yağıb, şimşək çaxıb, dolu düşüb. Düşən yağıntılar nəticəsində ölkənin çaylarında ümumilikdə 110 sel hadisəsi qeydə alınıb. İl ərzində düşən yağıntı əksər bölgələr üzrə normadan yuxarı olub və ən çox yağıntı Bakı və Abşeron yarımadasında (normanın 147 faizi), Quba-Qusar bölgəsində (normanın 136 faizi), Lənkəran-Astara zonasında (normanın 134 faizi) qeydə alınıb”, - Nazim Mahmudov qeyd edib.
Xidmət rəisi həmçinin qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2024-cü ildə ildırım-dolu proseslərinin intensivliyi artıb. Nəticədə bu il ölkə ərazisində 167 dəfə dolu hadisəsi baş verib. Ən böyük ölçülü dolu Zaqatalada mayın 18-də 25-30 mm qeydə alınıb. İl ərzində düşən qar örtüyünün maksimal hündürlüyü martın 26-da Şahdağda 54 sm olub.
“İlin ayrı-ayrı günlərində ölkə ərazisində əsasən şimal-qərb və cənub-qərb küləkləri müşahidə olunub, küləyin maksimal sürəti Bakıda fevralın 6-da 40 m/s-dək, bölgələrdə isə iyunun 20-də Gəncədə 35 m/s-dək güclənib”, - xidmət rəisi bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri