Icma.az
close
up
RU
Bu il sertifikasiyadan kəsilən müəllimlərin sayı ÇOX OLACAQ?

Bu il sertifikasiyadan kəsilən müəllimlərin sayı ÇOX OLACAQ?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi davam edir. 2024/2025-ci tədris ili üçün ümumtəhsil müəssisələrində çalışan 134 396 müəllimin bir qismi növbəti mərhələyə hazırlaşır.

Artıq 64 901 müəllim sertifikasiyaya cəlb olunub, onlardan 55 510 nəfərinin maaşına əlavələr edilib. Bu proses nəticəsində müvafiq tələbləri ödəyən müəllimlərin maaşı 10 faiz, yüksək nəticə göstərənlərin isə 35 faiz artırılıb. İndiyədək Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri imtahan verib. Bu mərhələdə 3 742 müəllim kəsilib.

2025-ci ildə isə sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq. Bu fənlər üzrə imtahanların asan və ya çətin olacağı barədə ekspertlər fərqli fikirlər səsləndirir. Bəzi mütəxəssislər fənn müəllimləri üçün prosesin daha ağır keçəcəyini, digərləri isə əvvəlki illərlə müqayisədə yeni mərhələnin daha asan olacağını bildirirlər.

Bəzi ekspertlər deyir ki, bu il sertifikasiyada iştirak edən on minlərlə müəllim arasında kəsilənlərin sayı kifayət qədər çox ola bilər. Bu isə həm təhsil sistemində dəyişikliklərə, həm də müəllim çatışmazlığı məsələsinə təsir edə bilər.

Ümumiyyətlə, sertifikatlaşdırma prosesi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından vacib hesab olunur. Növbəti mərhələdə prosesin necə təşkil olunacağı və müəllimlərin buna necə hazırlaşacağı isə qarşıdakı ayların əsas müzakirə mövzularından biri olacaq.

Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi isə fərqli düşünür. O bildirib ki, builki imtahanlarda uğur qazanan müəllimlərin sayı ötən ilə nisbətən çox olacaq:

“İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə müqayisədə texniki fənnlərin müəllimləri daha hazırlıqlıdır. Buna görə də onların daha yaxşı nəticə əldə edəcəyini proqnozlaşdırmaq olar. Ötən dövrdə sertifikasiyaya cəlb edilən müəllimlərə nisbətən bu ilki müəllimlər arasında əməkhaqqına 35% əlavə alacaq müəllim sayı daha çoxdur”.

Müəllimlərin sertifikasiya imtahanlarının müəllimlərin işə qəbulu imtahanına təsir edə biləcəyi qeyd edilir. Belə ki, sertifikasiya prosesində kəsilən müəllimlərin sayının artması işə qəbulda boş yerlərin çoxalmasına səbəb ola bilər.

Elçin Əfəndi isə builki sertifikasiya imtahanının müəllimlərin işə qəbulu imtahanlarına təsir edəcəyini düşünmür.

"Təsir o zaman ola bilər ki, sertifikasiyadan kəsilən müəllimlərin sayı çox olur. Bu zaman MİQ imtahanı zamanı müəllimlərin müraciət edə biləcəyi vakant yerlərin sayı artmış olur. O da bu il üçün belə hal olacağını düşünmürəm. Çünki bildiyimiz kimi sertifikasiyada bu il kəsilənlərə növbəti il yenidən imtahana girmək şansı verilir. Həmin imtahanın nəticələri MİQ imtahanlarına təsir edə bilər. Amma bu il imtahanların birinin digərinə ciddi təsir edəcəyini düşünmürəm”- ekspert qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri