Icma.az
close
up
RU
Bu il sülh sazişi imzalana bilər

Bu il sülh sazişi imzalana bilər

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Azərbaycan tərəfi zamanında sülh sazişinə dair şərtlərini Ermənistana təqdim edib və hazırda sazişin bağlanmasına yaxşı imkan və şərait yaranıb. Yəni, İrəvan fəal davranaraq Azərbaycanın şərtlərini qəbul edib və sülh sazişi bağlamağa iradəsinin olduğunu göstərməyə çalışır. Bu işdə baş nazir Nikol Paşinyana mane olan Erməni Apostol Kilsəsidir. Bu da anlaşılandır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev xatırladıb ki, ermənilərin min llər boyu dövləti olmayıb və dövlət funksiyasını kilsə yerinə yetirib. Digər tərəfdən, kilsə Qarabağ məsələsini zamanla özünün biznes layihəsinə çevirərək pul və ianələr topalayıb. İndisə isə sülhdə maraqlı deyil və Paşinyan hökumətinə faktiki, mane olmağa çalışır. Paşinyanın kilsəni və şəxsən Qarageni hədəfə alması göstərir ki, Ermənistan hakimiyyəti ona mane olan məsələlərdən xilas olmaq qərarı verib.
Professor əlavə edib ki, Ermənistanın hazırkı hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin dediyi işi həyata keçirən lider olduğunu çox yaxşı bilir.
C. Nuriyevin sözlərinə görə, Azərbaycan Ermənistandan beynəlxalq hüquq və təcrübəyə əsaslanan sülh sazişi istəyir ki, nəticədə hər iki ölkə bundan mənfəət götürə bilsin: “Əks təqdirdə Azərbaycanın ata biləcəyi addımlar var. Məsələn, işğal dövründə bizə dəyən ziyan 150 milyard dollar olub. Bu beynəlxalq mütəxəssislərin ortaya qoyduğu rəqəmdir, məncə, bu ziyan azı 250 milyard olub. Amma Ermənistanın varidatı üçumilikdə 100 milyard dollara dəyməz. Azərbaycan bunun qarşılığında Zəngəzuru geri ala bilər. Nəzərə almaq lazımdır ki, bu ərazilər qanunsuz olaraq Ermənistana verilib. Ermənilər də bunu görür və bəzi millətçilər məsələ qaldırırlar ki, Ermənistanda azərbaycanlıların xüsusilə kütəvi yaşadığı ərazilərin toponimləri dəyişdirilsin. Beləcə, iddia edirlər ki, 1938-ci ildən sonra orada türklər yaşamayıb. Ancaq baş nazir Nikol Paşinyan görür ki, Azərbaycan Ermənistanın atacağı növbəti məkrli planlara qarşı hazırlaşır, dövlət, cəmiyyət və media bir nöqtəyə vurur.
Digər tərəfdən, Turan ideyası günü-gündən daha geniş müzakirələrə səbəb olur, ideyanın reallaşması mümkündür. Belə bir şəraitdə Ermənistan ya kiçik bir dövlət kimi mövcud ola, ya da, ümumiyyətlə, dünya xəritəsindən silinə bilər. Erməni hakimiyyəti də bunu hiss edir. Odur ki, Paşinyan və komandası əvvəlki dövrlə müqayisədə indi səhər bir, axşam isə tam başqa fikir səsləndirmirlər. Ələlxüsus da, keçən ay Paşinyanın Türkiyə səfərindən sonra məsələləri daha aydın dərk etməyə başlayıblar”.
C. Nuriyev xatərladıb ki, Ermənistanın müttəfiqlərindən biri İrandır: “Amma ermənilər görürlər ki, xüsusilə, Pezeşkian prezident seçildikdən sonra Azərbaycanla əlaqələr düzəlir, bu məsələdə mollaların sözü o qədər də keçmir, İran özü də dəyişir. Üstəlik, indi Rusiyanın mövqeyi zəifləyib. Ermənistanın gözü önündə Rusiya-Azərbaycan münasibətlərində gərginləşmə olsa da, Azərbaycan geri çəkilmədi, dirəniş göstərdi. Rusiyanın qarşısında dirəniş göstərib geri çəkilməyən Azərbaycana Ermənistan nə edə bilər ki? Hesab edirəm ki, bu reallıqlar Ermənistan hakimiyyətində dərk olunur. Bu səbəblərdən də ehtimal edirəm ki, bu il sülh sazişi imzalana bilər”.

Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri