Bu il Şuşada hansı ölkədən gələn turistlər qalıb? Siyahı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin ilk 7 ayında Azərbaycana səfər edən əcnəbi turistlər işğaldan azad olunan rayonlarda 545 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər ən çox Şuşa şəhərində gecələyiblər.
Belə ki, yanvar-iyul aylarında əcnəbi turistlər Şuşada 1 652 gecə keçiriblər.
Bundan başqa, əcnəbi turistlər Zəngilanda 69, Laçında 48 gecə qalıblar. Hər 3 rayona səfər edən əcnəbilər yalnız otellərdə qalıblar. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Xankəndi şəhərində əcnəbi turistlər bir gecə belə qalmayıblar.
Onu da bildirək ki, Şuşada ən çox gecələyənlər Türkiyə vətəndaşları olub. Bu ilin ilk 7 ayında Türkiyə vətəndaşları Şuşada 521 gecə keçiriblər. Bundan başqa, Şuşada Rusiya (79 gecə), Qazaxıstan (58 gecə), Ukrayna (54 gecə), Özbəkistan (32 gecə), Türkmənistan (32 gecə), Oman (27 gecə), Böyük Britaniya (20 gecə), Almaniya (15 gecə), ABŞ (13 gecə), Gürcüstan (12 gecə), Fransa (11 gecə), Belarus (8 gecə) və Moldova (7 gecə) vətəndaşları da gecələyiblər.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Şuşada ən çox bu ölkələlərdən gələn turistlər qalıb Siyahı
02 Fevral 2025 19:28
Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? Siyahı
04 May 2025 19:18
Azərbaycandan ən çox hansı ölkədən gələn turistlər narazı qalıb? Siyahı
03 İyul 2026 16:50
Bu il Şuşada ən çox hansı ölkədən olan turistlər gecələyib?
06 Aprel 2025 18:45
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? Siyahı
04 Avqust 2026 16:18
Baxış sayı:160
Bu xəbər 03 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















