Bu il xarici bazarlara 142 milyon dollar dəyərində pomidor ixrac olunub
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kənd təsərrüfatı dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir. Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Unikal"a verilən məlumata görə, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəmizdən xarici bazarlara pomidor ixracının həcmində 4,8% artım qeydə alınıb. Yanvar-oktyabr ayları ərzində xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118922 min ton pomidor ixrac olunub.
İxrac olunan pomidorun dəyərində ötən illə müqayisədə 12,4 faizlik artım var. İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir.
Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















