Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bu il yubileyi olan 11 bədii film: Məşhurlar və sevilənlər kateqoriyası

Bu il yubileyi olan 11 bədii film: Məşhurlar və sevilənlər kateqoriyası

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il tamaşıçıların uzun illərdir sevdiyi, hər dəfə eyni maraqla baxdığı , bütün obraz və frazalarını əzbər bildiyi ən məşhur 12 Azərbaycan filminin yubileyidir.


Adalet.az xəbər verir ki, bu il yubileyi olan Azərbaycan filmləri ona görə yaddaqalandır ki, bu filmlərə müxtəlif yaş kateqoriyasına mənsub bütün tamaşaçılar rahatlıqla baxa bilir. Filmin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu cəmiyyətin sanki məlhəmi olur. Əxlaqi-etik məsələlərə toxunan, dövrünün mənəvi aləminin zənginliyi ortaya qoyan belə filimlərin dəyəri illər keçsə də azalmır, əksinə, daha da artır.
İndi isə gəlin yubileyi olacaq Azərbaycan kino sənətinin incilərini birgə xatırlayaq:

1. 65 yaşlı “Bir qalanın sirri “ tammetrajlı bədii filmi folklorşünas-alim, dramaturq, professor Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılıb. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır.

Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir.

2. 65 yaşlı ”Onu bağışlamaq olarmı?” filmini folklorşünas Məmmədhüseyn Təhmasibin «Bahar» pyesinin əsasında , qardaşı rejissor Rza Təhmasib 1959-cu ildə çəkib.
Burada cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın (Qriqori Tonuns) dramatik taleyi təşkil edir. Filmdə əsas rollarda Hökumə Qurbanova (Kəmalə), Manana Abuyeva (Sevda), Mehdi Məmmədov (Qaya bu, onun kinoda yeganə roludur), Həsənağa Salayev (Qüdrət), Məleykə Ağazadə (Qumru), Ətayə Əliyeva (leytenant Qarayeva) İsmayıl Talıblı (Veysəl Mirzə), Qriqori Tonuns (Tərlan), Veriko Ancaparidze (Ana) çəkiliblər.


3. 60 yaşlı Sehrli xalat" filmi 1964-cü ildə istehsalata buraxılıb. Azərbaycanda ilk elmi fantastik üslubda çəkilən “Sehrli xalat”ın sevilmə səbəbinin zəhmətə, mərdliyə, qəlb və düşüncə gözəlliyinə ünvanlandığı üçün sevilir. Uşaqların bayramına gələn qonaqlar içərisində illüzionist İo Kio (Anatoli Falkoviç) adlı bir sehrbaz olur. O, uşaqlara sehrli xalat bağışlayır. Sehrli xalatın köməkliyi ilə uşaqlar keçmişə və gələcəyə səyahət edirlər. Bu səyahətlər nəticəsində keçmişdə baş verənlərlə və gələcəkdəki yeniliklərlə, elektron cihazlarla tanış olurlar.
Böyük bir hissəsi kinostudiyanın pavilyonlarında çəkilən filmdə keçmiş və gələcəyə uyğunlaşdırılmış sarayın interyerinin qüsursuzluğu filmin uğurunu təmin edir. Rejissor diqqətindən yayınmayan detal və fon çəkilişləri, əlbəsə seçimi, qrim və geyim rəssamlarının peşəkarlığı müxtəlif dövrlə bağlı ictimai həyatın real inikasını yaradıb, filmi baxımlı edib.
Filmin sseanari müəllifləri A.Tarasov, Əlisəttar Atakişiyev, quruluşçu rejissor Əlisəttar Atakişiyev, quruluşçu operator Teyyub Axundov, quruluşçu rəssamlar Məmməd Hüseynov, Cəbrayıl Əzimov, bəstəkar Arif Məlikov, səs operatoru Paşa İbrahimov, dirijor Niyazi, geyim rəssamı Qəzənfər Xalıqov, qrim rəssamı V. Bereznyakov, montaj Tahirə Babayeva, redaktor Ədhəm Qulubəyov, operator Əlihüseyn Hüseynov, quraşdırılmış səhnələrin rəssamı Eduard Abdullayev olub.
Rollarda Azər Qurbanov, Solmaz Hətəmova, Yusif Şeyxov, Kolya Loginov, Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, Hüseynağa Sadıqov, Məmməd Sadıqov, Anatoli Falkoviç və başqaları çəkilib.

4. 60 yaşlı “Ulduz” film - kinokomediyası 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Filmin rejissoru Ağarza Quliyev, ssenari müəllifi isə Sabir Rəhmandır.Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Kinokomediyada iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışılır.

Bundan başqa sırf sovet düşüncə tərzini, təfəkkürünü, insanların inandığı amalların yalnız əmək faktoruna məxsus olmasını göstərən film elə bu ideyaları simvolik olaraq gerçəkləşdirən baş qəhrəmanın yəni, Ulduzun adı ilə adlandırılır. Bəsit süjet xəttinə malik olsa da, istedadlı aktyorların peşəkar ifası çox quru süjet və mahiyyətə malik olan filmi nəinki quruluqdan çıxarır, hətta onu kütlənin sevimlisinə çevirir. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.

Əsərdə baş qəhrəmanların Ulduz (Tamillə Rüstəmova) və Bəxtiyarın (Hacımurad Yelizarov) sevgisi əsas hadisə sayılsa da, onlar Məhəmməd (Lütvəli Abdullayev), Möhsün (Hacıbaba Bağırov), Gülümsərov (Bəşir Səfəroğlu), Nazik (Məleykə Ağazadə), Züleyxa (Nəsibə Zeynalova) kimi rolların kölgəsində qalır. Gənc aspirant olan Ulduzun kolxoz mübarizəsindəki sünilik, Bəxtiyarın bir obraz olaraq film başlayandan sonadək davam edən passivliyi əsas faktoru- iki gəncin sevgisini ikinci plana atır.

5. 55 yaşlı “Bizim Cəbiş müəllim” tammetrajlı bədii filmi Maqsud İbrahimbəyovun «Müharibənin 1001-ci gecəsi» ssenarisi əsasında,rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılıb. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edirMüharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözərək ailəsini halal zəhmətlə dolandıran, vətənin azadlığını hər şeydən yüksək tutan, sadə adamların mənəvi ucalığından söhbət açan “Bizim Cəbiş müəllim” filmində əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər.

1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilib.

6. 55 yaşlı “Bir cənub şəhərində” filmi rejissor Eldar Quliyev tərəfindən 1969-cu ildə ekranlaşdırılıb. Neorealizm stilində cəkilmiş ilk Azərbaycan filmi, Eldar Quliyev isə bu stildə film çəkən ilk Azərbaycan rejissorudur. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilib. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.

 Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər. Film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırıldı. 2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verildi.


7. 55 yaşlı “Dəli Kür” filmi 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmdir. Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.
Azərbaycan film tarixində özünəməxsus rolu olan “Dəli Kür” hazır olduqdan sonra bir çox tənqid və təqdiblərə məruz qalıb. Ekran əsərində əks olunan bir çox məqamlar o vaxtı senzuradan keçməyərək çətin məqamlarla üzləşib.
Filmin ssenari müəllifi İsmayıl Şıxlı, quruluşçu rejissor Hüseyn Seyidzadə, rejissor köməkçiləri Əbdül Mahmudov və Ramiz Əliyev, quruluşçu operator İqor Boqdanov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirov, səs operatoru Akif Nuriyev, redaktor İsa Hüseynov olub.
Rollarda Ələddin Abbasov, Eldar Əliyev, Vladislav Kovalkov, Məlik Dadaşov, Leyla Bədirbəyli, Liya Eliava, Zemfira Sadıqova, Məmməd Bürcəliyev, Elçin Şıxlı, Fikrət Əliyev, Ceyhun Mirzəyev, Reyhan Müslümova, Zemfira İsmayılova, İsmayıl Osmanlı, Ənvər Həsənov, Məmməd Əlili, Qorxmaz Əlili, Mirzə Babayev, Nəsibə Zeynalova və başqaları çəkilib.
Kinorejissoru, ssenarist Əbdül Mahmudov mediaya verdiyi açıqlamada deyir: Sovet hökuməti öz ideologiyasına lazımi qədər vaxt da, sərmayə də ayırırdı. Əlindən gələni də əsirgəmirdi. O cümlədən də Cahandar ağanın ölüm səhnəsi. Hansı ki, cılızlaşdırıldı. Guya Cahandar qaçırdığı arvada görə, qadının adamları qisasçılıq zəminində ağanı güllələyib.
Kinostudiyanın müdiri Adil İsgəndərov o vaxt buna qarşı nə qədər mübarizə apardı. Belə olan təqdirdə filmin bağlanma təhlükəsi meydana çıxdı. Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etməyərək bildirdi ki, necə olursa olsun, bir azərbaycanlı rusu döyə bilməz, rus da azərbaycanlını öldürə bilməz. Buna görə də rejissor məcburən həmin səhnəni kəsdi, sonda Allahyar Cahandarı öldürdü, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirildi. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazını görə bilmirik.
Film tamaşaçıların da hələ də başa düşə bilmədiyi eybəcər bir forma aldı. Çox heyf ki, film həmin epizodla bir növ şikəst oldu.
Filmdən çıxarılan həmin epizodun “Qızıl fond”da saxlanılmasına dair məlumatlar olsa da, bu öz təsdiqini tapmayıb”.

8. 45 yaşlı “İstintaq “ filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqovdur . Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risk idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu heç də asan başa gəlmədi, çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daim xüsusi orqanlar tərəfindən dəstəklənir.

Əvvəllər güləş üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev(Aleksandr Kalyagin) isə vicdanlı, güzəştə getməyən, büllur kimi təmiz adamdır. Filmdə rüşvətxorluq tənqid edildiyi üçün ilkin olaraq ekranlara buraxılması qadağan edilmişdi. Çox çətinliklə ekranlara buraxılandan sonra film bütün ölkədə böyük səs-küyə səbəb oldu. Rusiyanın bəzi vilayət komitələri rəhbərlik etdikləri ərazilərdə filmin baxışını qadağan etdilər. Moskva isə öz növbəsində filmi ona görə qəbul etmişdi ki, orada söhbət Azərbaycandan gedirdi, deməli, bütün ölkənin adına ləkə sala bilməzdi.

1980-ci ildə Düşənbədə XIII Ümumittifaq kinofestivalı “Ən yaxşı bədii film”ə görə yaradıcı kollektivə Baş Mükafat verir. 1981-ci ildə ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu rejissor Rasim Ocaqova, quruluşçu operator Rafiq Qəmbərova, quruluşçu rəssam Fikrət Bağırova, aktyor Aleksandr Kalyaginə, aktyor Həsən Məmmədova və aktrisa Şəfiqə Məmmədovaya SSRİ Dövlət Mükafatı verir.



9. 45 yaşlı “Babək” tammetrajlı bədii filmi də rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılıb. Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub və onun azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər. Bir il ərzində 35 milyon tamaşaçısı olan film 60-a yaxın ölkə tərəfindən alındı.
 Kinoşünas Sevda Əmirli yazır:”Filmin bütün zamanlarda sevilməsinin başlıca səbəblərindən biri də klassik kino estetikasını özündə əks etdirməsidir. Tamaşaçıları uzaq tarixi keçmişin müasirinə çevirən film yaradıcı heyətin böyük zəhməti hesabına ərsəyə gəlib. Kinonu həyatiləşdirmək, tamaşaçını uzaq keçmişdə baş verən hadisələrə inandırmaq o qədər də asan deyil.

Filmin rejissorunun, operatorunun, bəstəkarının, rəssamının həyatla əlaqəsi, tamaşaçılara olan diqqəti, yaradıcı heyət və seyrçi arasında qurduğu yaradıcılıq ünsiyyəti, müşahidə və hər dövr hadisələrini ekranda təhlil etmə qabiliyyəti sənətkarlıq meyarını ortaya qoyub. Bu kimi yüksək keyfiyyətlərin cəmində isə yaradıcı heyət cəmiyyətin nəzərində dövrünün qabaqcıl adamları olaraq sevilib, seçilib, məşhurlaşıb. Filmin emosional təsir gücü tamaşaçını heyrətləndirməklə yanaşı, həm də təəccübləndirir. Bir çox kadrlar, demək olar ki, Babəkin azadlıq ideyasına, insan sevgisinə köklənib. Lakonik, məntiqli dialoq və monoloqların cəmində, dövr hadisələrinin mahiyyətini cilalayan kadrların sferasında Babəkin ideyası, həyat amalı hiss olunur, diktə edilir”.


10. 45 yaşlı “Mən mahnı qoşuram” filmi 1979-cu ildə lentə alınıb. Azərbaycan kino tarixində özünəməxsus yeri və rolu olan ekran əsərinin ssenari müəllifləri İbrahim İbrahimov, Tofiq İsmayılovdur. Tofiq İsmayılov həm də bu ekran əsərinin quruluşçu rejissorudur. Filmin mövzusu kənd həyatından bəhs edir. Kənd dəyirmançısının qızı Sona gözəl mahnılar oxuyur. Bakıdan gələn musiqi müəllimi bu qızı özü ilə şəhərə aparmaq, musiqi məktəbində oxutdurmaq istəyir. Qızın atası isə uşağını həkim görmək arzusundadır.

Amma sonda kənd camaatının təkidi və qızın istəyi ilə nəhayət ata nəinki razılıq verir, hətta uşağını özü Bakıya oxumağa aparır. Film uşaqlarla birgə böyüklərin də maraqla izlədiyi filmlər kateqoriyaındandır. Konstantin Dauşvili - Bəhmən dayı, Nəsibə Zeynalova - Nənə,Həsənağa Turabov- Xudayar kişi, Elxan Cəfərov - Nadir, Oqtay Şeyxov- Ramiz, Leyla Bədirbəyli - Nadirin anası, Ağasadıq Gəraybəyli - Abdulla rollarında tamaşaçıların yaddaşına köçüb.

11.  35 yaşlı “Ölsəm… bağışla “ dram janrında çəkilmiş bədii filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissoru Rasim Ocaqov olub. II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır. 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsində “Ən yaxşı bədii film”ə görə Mükafat və Priz aldı.1992-ci ildə Çimkənddə (Türkmənistan) Qazaxıstan, Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional "İpək Yolu" kinofestivalında “Ən yaxşı qadın” rolunun ifasına görə aktrisa Gülzar Qurbanovaya və baş mükafat-festivalın Qran-pri Mükafatı verildi. “Ən yaxşı kişi rolu”nun ifasına görə aktyor Fəxrəddin Manafova baş mükafat-festivalın Qran-pri mükafatı verilir.

 Tamaşaçı olaraq əbədi istəyimiz budur ki, yenə də Azərbaycanda baxımlı, tərbiyyəvi əhəmiyyətli, tarixi mövzulu, etik meyarlı filmlər çəkilsin!

 Əntiqə Rəşid 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri