Bu ilin 11 ayında Bakı Limanı 7,5 milyon tondan çox yük aşırıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bu ilin 11 ayında Bakı Beynəlxalq Dəniz Limanı 7 milyon 547 min ton yük aşırıb..
"APA-Economics" xəbər verir ki, bu barədə liman ərazisinə təşkil olunan mediatur zamanı məlumat verilib.
Bildirilib ki, əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib", - bildirilib.
"Bu yüksək nəticələr Bakı Limanının regionun ən etibarlı logistik qovşaqlarından olduğunu bir daha sübut edir və Azərbaycanın logistik sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Limanın yükaşırma göstəricilərinin artması Azərbaycanın Şərqlə Qərb arasında strateji logistik marşrut kimi mövqeyini daha da möhkəmləndirir", - mediatur zamanı qeyd olunub.
Vurğulanıb ki, Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərin tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük yük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatına daha irihəcmli əlavə dəyər vəd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















