Icma.az
close
up
RU
Bu ilin büdcəsi sosialyönümlüdür 14% artım var

Bu ilin büdcəsi sosialyönümlüdür 14% artım var

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“2026-cı il dövlət büdcəsindən sosial təminata əhəmiyyətli miqdarda pay ayrılacaq və bu, ötən illərlə müqayisədə artan faizlə olacaq”.

Bu sözləri Modern.az-a açıqlamasında deputat Müşfiq Cəfərov bildirib.

O qeyd edib ki, dövlət büdcəsinin vəsaitlərinin həcmi hər il artır:

"2026-cı ilin dövlət büdcəsində ən böyük maliyyələşdirilən sahələr infrastruktur, investisiya, əməyin ödənişi, malların alınması, sosial ödənişlər və müdafiə-təhlükəsizliyi olacaq. Əsas prioritetlər sırasında müdafiə və təhlükəsizlikdir. Həmçinin, əsas xərc maddələri və onların xüsusi çəkisi qeyri-maliyyə aktivlərinin alınması, əməyin ödənişi və malların alınmasıdır".

Deputatın sözlərinə görə, Azərbaycanın dövlət büdcəsi xəfclərində hər zaman sosial sahələr üstünlük təşkil edir:
"2025-ci ildə də büdcə vəsaitlərinin 45 faizə yaxını sosial xərclərə yönəldilmişdi. Bu da o demək idi  ki, həmin  il büdcədən xərclənən hər 100 manatın 45 manatı sosialyönümlü olub. Eyni zamanda, qarşıdan gələn hər il sosial təminat və sosial müdafiə xərclərinin artırılması da nəzərdə tutulur. Növbəti ildə isə bu istiqamətə ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 14 faiz çox olacaq.

Bu o anlama gəlir ki, 2026-cı ildə sosial müdafiə və sosial təminat xərclərinə daha çox vəsaitin ayrılması nəzərdə tutulub. Beləcə növbəti ildə biz sosial sahəyə daha çox büdcə vəsaitinin ayrılacağını görəcəyik.

Növbəti əsas sahə olan iqtisadi istiqamətlərə, o cümlədən də Qarabağ və Şərqi Zəngəzurun bərpasına da daha çox vəsait ayrılacaq.

Həm təhlükəsizlik, həm iqtisadi, həm də bərpa istiqamətlərinə vəsaitlərin ayrılmasına baxmayaraq 2026-ci ilin dövlət büdcəsi sosialyönümlü büdcədir. Bu da o deməkdir ki, hökümət üçün 2026-ci ildə də bu məsələlər prioritet olaraq qalacaq.

Dünyada qəbul olunmuş qaydaya əsasən, büdcə o zaman sosialyönümlü hesab olur ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur.

Dünya praktikasında sosial xərclərin büdcədə payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən sosial xərclərə təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi əhəmiyyətli sahələrdə xərclənən vəsaitlər də daxil edilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri