Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 3 ayı ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 65 şirkət yaradılıb.
Yeniavaz.com xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 181 milyon 587 min lirə (4 milyon 17 min dollar) təşkil edib. Bu məbləğin 165 milyon 964,2 min lirəsi (3 milyon 672 min dollar) isə Azərbaycan sərmayəsinə aiddir.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə Azərbaycan sərmayəsi ilə yaradılan şirkətlərin sayı artıb. Belə ki, ötən ilin ilk 3 ayında Azərbaycan sərmayəsi ilə Türkiyədə 34 şirkət qurulmuşdu və bu şirkətlərin ümumi sərmayəsinin 31 milyon 300 min lirəsi (815 min dollar) Azərbaycana aid olub.
Məlumat üçün bildirək ki, bu il Türkiyədə Azərbaycan sərmayəsi ilə qurulan şirkətlərin 7-si səhmdar cəmiyyət (anonim şirkət), 58-i isə Məhdud Məsuliyyətli Cəmiyyət (limited şirkət) olub.
Onu da qeyd edək ki, Azərbaycan bu ilin yanvar-mart aylarında Türkiyədə ən çox şirkət quran 4-cü ölkə olub. Bu ilin ilk 3 ayında Türkiyədə Suriya sərmayəsi ilə 1 207, Almaniya sərmayəsi ilə 105, İran sərmayəsi ilə isə 109 şirkət qeydiyyata alınıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bu il azərbaycanlılar Türkiyədə 61 şirkət təsis ediblər
30 İyul 2025 15:53
Ötən il azərbaycanlılar Türkiyədə 113, ermənilər isə 1 şirkət təsis ediblər
05 Yanvar 2026 10:56
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıb
22 Noyabr 2024 21:14
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
22 Noyabr 2024 16:14
Baxış sayı:177
Bu xəbər 06 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















