Icma.az
close
up
RU
Bu ilin səs küylü cinayətləri Onların həbsi hamını şoka saldı

Bu ilin səs küylü cinayətləri Onların həbsi hamını şoka saldı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabah başa vurmağa hazırlaşdığımız 2025-ci il həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirdiyi çoxsaylı əməliyyatlar, səs-küylü həbslərlə yadda qaldı. Hətta bu il elə cinayətlərin üstü açıldı, özünü “toxunulmaz” sayan elə oliqarxların tifağı dağıldı ki, yatsalar, yuxularına belə girməzdi.

“Qafqazinfo” bu dəfə ölkə gündəmini dəyişən həmin hadisələri yada salır:

Ramiz Mehdiyev: Nəinki ilin, az qala, əsrin ən sensasiyalı cinayət fiquru

Uzun illər möhkəm mövqedə olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə cinayət işi başlanaraq ev həbsinə alınması ölkə gündəmini silkələdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan “boz kardinal” hazırda istintaq altındadır. İllərdir alışdığı vəziyyətdən fərqli olaraq bu dəfə sorğulanan Mehdiyev özüdür.

Adnan Əhmədzadə: İlk dəfə eşidəndə heç kim inanmadı

Bu il yalnız ölkədə deyil, dünyada tanınan iş adamı Adnan Əhmədzadənin cinayət əməllərinin də üstü açıldı. Əhmədzadə Azərbaycan neftinin digər xam neft məhsulları ilə qarışdırılmasından sonra ifşa edildi. Bir il əvvəl yeni ili xarici ölkələrdə şampan partlatmaqla qeyd edən Əhmədzadə 2026-nı DTX təcridxanasında qarşılayacaq.

Əli Kərimli və Eldar Əmirov

Ramiz Mehdiyev zərərsizləşdiriləndən sonra onun adamları olduğu deyilən şəxslərə də növbə çatdı. AXCP sədri Əli Kərimli və R.Mehdiyevin köməkçisi Eldar Əmirov da elə keçmiş PA rəhbəri ilə eyni cinayət işi üzrə ittiham olunaraq həbs edildilər. 

Abbas Abbasov

Ramiz Mehdiyevin DXT-də istintaq olunan cinayət işi üzrə Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da qanunsuz əməllərinin üstü açılıb. Abbasov ölkədə olmadığından hələlik həbs edilməsi mümkün olmayıb. İstintaqdan gizləndiyi üçün onun barəsində axtarış elan edilib.

Musa Şəkiliyev və İslam Rzayev

DTX bir neçə illik aradan sonra məhz 2025-ci ildə iki rayonda icra başçıları ilə əlaqədar əməliyyat keçirdi. Qara maskalılar bu dəfə Qax və Balakən İcra Hakimiyyətlərinə girdilər. Əməliyyat nəticəsində icra başçıları Musa Şəkiliyev və İslam Rzayev qandallandı. Eks-məmurlar qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə, təkrar rüşvət almaqda təqsirləndirilirlər. 

Saleh Səmədov: Ağsaqqalın ifşası

Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov da bu il həbs edilib. Ağ saqqalına yaraşmayan hərəkətləri ilə yadda qalan Səmədov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Ruslan Eyyubov: Xəzər dənizinin onlardan təmizlənmə əməliyyatı

2025-ci ilin bitməsinə az qalmış Baş Prokurorluq keçirdiyi geniş əməliyyatlarla gündəmi yenidən dəyişdi. Bu dəfə ölkəyə dəniz vasitəsilə daşınan milyonlarla manatlıq siqaret qaçaqmalçılığının üstü açıldı. Şok sayılan detal isə odur ki, bu cinayətin arxasından tanınmış iş adamı, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov da çıxdı. Bədii ifadə etsək, Eyyubov hazırda Kürdəxanı təcridxasında barəsindəki çoxsaylı ittihamları oxuyur.

Rəşad Daşdəmirov

Ruslan Eyyubovun qaçaqmalçılığa şərait yaratmaqda ittiham olunan limanının rəisi Rəşad Daşdəmirov da eyni cinayətlərlə bağlı həbsə göndərildi.

Yusif Baqiyev

Bu il də polis və prokurorluq orqanları qanunsuz mərc oyunlarına qarşı silsilə əməliyyatlar keçirib. Bu əməliyyatlar nəticəsində “qumar kralı” kimi tanınan Yusif Baqiyev həbs edildi. Qumardan gələn pullarla çoxsaylı əmlaka sahiblənən Yusifin cinayət işi məhkəmə araşdırmasındadır.

Rəqsanə İsmayılova

İlan ili şou-biznes nümayəndələrindən də bəzilərinin yolunu təcridxanaya saldı. Onlardan məşhur müğənni Rəqsanə İsmayılova polis tərəfindən 1 milyonluq dələduzluq ittihamı ilə həbsə düşdü.

Beləliklə, yekun olaraq onu deyə bilərik ki, bütün həbslər ən başlıcası bir mesaj verir: “Heç kim qanundan üstün deyil!” Sən Ramiz Mehdiyev, Adnan Əhmədzadə olsan belə, qanunu pozduğun halda əvvəl-axır özünü soyuq məhkəmə divarları arasında tapacaqsan. 

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri