Bu ilin sonunda Cəbrayılda yeni tingçilik təsərrüfatı istifadəyə veriləcək
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Türkiyə və Azərbaycanın Cəbrayılda birgə tikdiyi yeni tingçilik təsərrüfatı mərkəzinin bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
525.az "Report"a istinadən xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
O qeyd edib ki, işğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək:
"Məhv edilmiş yaşıllıq sahələrinin sürətlə bərpa etmək üçün yaradılan ağıllı ting təsərrüfatında, müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləcək".
Nazir müavini əlavə edib ki, bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək:
"Bununla da Türkiyə erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək".
Baxış sayı:47
Bu xəbər 13 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















