Bu illər həyatımın ən gözəl dövrü idi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"da olduğum illər həyatımın ən gözəl dövrü idi.
Modern.az xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyanın "Flamenqo" klubuna transfer olunan 28 yaşlı hücumçu "Qarabağ" azarkeşlərinə təşəkkür edib:
"Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşin mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi. Bu müddət ərzində çox sevincli anlar yaşadım. Təbii ki, kədərli anlar da oldu.
Buradan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram Gələcəkdə "Qarabağ"a yüksək nailiyyətlər arzu edirəm. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaq".
Qeyd edək ki, 2023-cü ilin yayından "Qarabağ"ın şərəfini qoruyan Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 Yanvar 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















