Icma.az
close
up
RU
Bu imtahan geniş müzakirələrə səbəb oldu: Dünyada ikinci belə təcrübə yoxdur ki...

Bu imtahan geniş müzakirələrə səbəb oldu: Dünyada ikinci belə təcrübə yoxdur ki...

Icma.az, Olke.az saytına istinadən bildirir.

25 may tarixində keçirilən blok imtahanı abituriyentlər arasında geniş müzakirələrə səbəb olub. 2-ci və 3-cü ixtisas qrupları üzrə imtahan suallarının çətinliyi sosial şəbəkələrdə və müxtəlif təhsil forumlarında ciddi şəkildə gündəmə gəlib. 

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, qrup imtahanlarında sualların çətin və ya asan olması ilə bağlı fikir yürütmək çətindir:

“25 may tarixində olan qrup imtahanlarında sualların çətin olması ilə bağlı müəyyən fikirlər səslənib. Amma məsələ odur ki, bizdə nəyi biliriksə, asandır, nəyi bilmiriksə, çətindir. Mən düşünmürəm ki, orada, xüsusilə də ağır, çətin suallar salınıb. Hətta salınsa belə, bu, qəbul imtahanıdır. Əgər bu fikirlər buraxılış imtahanına aid olsaydı, belə deyə bilərdik ki, buraxılış imtahanının əsas məqsədi ondan ibarətdir ki, suallar məzunların hazırkı bilik və bacarıqlarına uyğun şəkildə hazırlanmalıdır. Bu, artıq qəbul imtahanıdır və qəbul imtahanına daha hazırlıqlı olmaq lazımdır ki, lazım olan hədəfə gedib çata bilsinlər”. 

Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmində problemli tərəf qəbul imtahanlarının suallarının asan və çətin olması deyil:

“Burada əsas məsələ imtahanların qruplar üzrə keçirilməsidir. Dünyada ikinci bir təcrübə yoxdur ki, qruplar üzrə imtahan olsun, burada ixtisaslar üzrə olmalıdır. Bu gün hər bir abituriyent üçün arzuladığı ixtisas üzrə sənəd verib, imtahan verib həmin ixtisas üzrə təhsil almaq imkanı yaradılmalıdır. Amma bizdə belə deyil. Bizdə 15 ixtisas və fərqli-fərqli ixtisaslar seçilir. Nəticədə mühəndis olmaq istəyən müəllim olur. Müəllim olmaq istəyən mühəndis olur, həkim olmaq istəyən müəllim olur və s.

Yəni bu, belə olmalı deyil. Konkret olaraq hər bir şəxs bir ixtisas üzrə ölkənin ayrı-ayrı ali məktəblərində həmin fakültələr, ixtisaslar üzrə müsabiqəyə qoşulmalıdır. Bax, problemli tərəf budur.

Amma arzu olunandır ki, Dövlət İmtahan Mərkəzi imtahanın keçirilməsi ilə bağlı bir dəyişiklik etsin. Burada imtahanlar qruplar üzrə deyil, konkret ixtisaslar üzrə olsun. Təqribən bildiyim qədər 150-dən artıq ixtisas var və imtahanlar konkret hər bir ixtisas üzrə təşkil olunmalıdır”.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri