“Bu, insanın Allaha verdiyi vəddir, əgər vaxtında yerinə yetirilməsə…” VACİB AÇIQLAMA KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
“Nəzirin yerinə yetirilmə vaxtı onun deyilmə formasından asılı olaraq dəyişir. Dini qaydalara əsasən, əgər şəxs qurbanı məhz Qurban bayramında kəsəcəyini nəzir deyibsə, bunu həmin vaxtda həyata keçirməlidir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında İlahiyyatçı Fazil Əhməd səsləndirib:
“Əgər nəzir zamanı xüsusi bir tarix və ya bayram qeyd edilməyibsə, məsələn, “övladım universitetə qəbul olunsa, qurban kəsəcəm” kimi bir ifadə işlədilibsə, bu halda hadisə baş verdikdən sonra qurbanın tez kəsilməsi məsləhətdir. Əks halda, nəzirin yerinə yetirilməsi gecikdirilmiş sayılır ki, bu da dini baxımdan münasib hesab olunmur”.
İlahiyyatçı qeyd edib ki, nəzir insanın Allaha verdiyi bir vəddir və onun yerinə yetirilməsi dini məsuliyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 May 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















