Icma.az
close
up
RU
Bu insanlar hündürmərtəbəli binalarda yaşamağa üstünlük verməlidir Həkimdən MƏSLƏHƏT

Bu insanlar hündürmərtəbəli binalarda yaşamağa üstünlük verməlidir Həkimdən MƏSLƏHƏT

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Yaz aylarında insanların rast gəldiyi problemlərdən biri də allergik xəstəliklərdi. Mövsümi allergiya gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, bədəndə səpgi, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərir. Statistik məlumatlara əsasən, son illər dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Mütəxəssislər həkim məsləhəti olmadan dərmanlarla özünü müalicə etmək istəyən insanların ağır nəticələrlə üzləşə biləcəyini bildirirlər. Bu, bronxit, astma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığına aparıb çıxara bilər. Mütəxəssislər hesab edir ki, bəzən allergiya genetik yolla da keçə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim allerqoloq Aysel Mehdiyeva bildirir ki, yaz allergiyalarının əsas səbəbi çiçək tozları ilə bağlıdır. Onun sözlərinə görə, dərinin hava ilə təmasda olan hissələrində qızartı, qaşınma, tənəfüs yollarında yaranan asqırma, burun axıntısı kimi əlamətlərlə özünü göstərə bilir:

"Qriplə bir sıra oxşar əlamətləri olsa da, müəyyən fərqlər mövcuddur. Qrip zamanı bu əlamətər davamlı olaraq özünü göstərsə də, allergiyada elə deyil. Allergiyanın əlamətləri günün müəyyən vaxtlarında çoxalıb-azala bilər. Qrip zamanı istifadə edilən dərmanalar allergik xəstəliklərdə heç bir təsir göstərmir".

Həkim allergik xəstəliklərdən qorunma yollarından da danışdı.

"Allergiyanın qarşısını almaq üçün tozlanma dövründə açıq havaya çıxmamağa çalışmalı, allergiyaya səbəb olan komponentlərlə təmasdan mümkün qədər uzaq durmağa çalışmaq lazımdır. Allergiya əlamətləri müşahidə edilən insanlar yüksəkmərtəbəli binalarda yaşamağa üstünlük verməli, havaya çıxarkən eynəkdən, papaqdan istifadə etməli, çiçəkli bitkilərdən uzaq durmalı, evə gəldikdən sonra duş qəbul edilməlidir", - deyə Aysel Mehdiyeva bildirdi.

Gülər İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri