“Bu, İran xalqının başına yeni oyun açmaq cəhdidir” KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
“Əgər bu gün İranda Pəhləvi rejimi hakimiyyətdə olsaydı, ölkənin siyasi sistemi demokratiyadan çox, avtoritar və despot xarakter daşıyardı”
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev səsləndirib.
Onun sözlərinə görə, Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi indiki İran rejimindən fərqli bir idarəçilik modeli vəd etmir:
“Əgər İranda Pəhləvi rejimi hakimiyyətdə olsaydı, onlar da indiki molla rejimi kimi avtoritar, hətta öz xalqına zülm edən bir sistemə çevrilərdi. Pəhləvilərin vaxtilə İranda həyata keçirdiyi repressiv və zorakı siyasət, xüsusilə azərbaycanlılara qarşı tətbiq edilən genosid xarakterli addımlar hamıya məlumdur”.
Politoloq qeyd edib ki, bəzi Qərb dairələrinin Rza Pəhləvini alternativ siyasi fiqur kimi təqdim etməsi reallıqla uzlaşmır:
“Baxmayaraq ki, Rza Pəhləvi müəyyən Qərb çevrələri tərəfindən alternativ kimi irəli sürülür, bu, yanlış yanaşmadır. Onun İran xalqı tərəfindən qəbul olunacağı inandırıcı deyil. Xüsusilə də azərbaycanlı əhali Pəhləviləri qəbul etməyəcək”.
Zeynal Əmrəliyev vurğulayıb ki, Rza şah Pəhləvi Şərqin ən qəddar diktatorlarından biri olub və onun ardınca oğlu Məhəmməd Rza şah da eyni siyasəti davam etdirib:
“Həmin siyasət bu gün də unudulmayıb. Ona görə də Pəhləvilərin hakimiyyətə qayıdışı çürümüş despot monarxiya rejimindən başqa bir şey olmazdı. Nə atadan, nə babadan, nə də Rza Pəhləvidən hansısa demokratik idarəçilik nümunəsi gözləmək mümkündür”.
Politoloqun fikrincə, Rza Pəhləvinin əvvəlki açıqlamaları onun İrana demokratik dəyişikliklər üçün deyil, intiqam məqsədilə qayıtmaq niyyətində olduğunu göstərir:
“Bu, İran xalqının başına yeni oyunlar açmaq cəhdidir. Tarixi təcrübəyə əsaslanaraq deyirəm ki, Pəhləvilərin hakimiyyətə gəlməsi İrandakı azərbaycanlılara ciddi zərbə olardı.
Bu, edam və despot siyasətinin yenidən başlaması deməkdir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 15 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















