Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq AÇIQLAMA

Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq AÇIQLAMA

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək.

Tehran sazişə razı olacaqmı? Qərb dövlətlərinin İrana qarşı sərt sanksiyalar tətbiq etməsi dünya enerji bazarına necə təsir göstərə bilər?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri İran rejiminin nüvə sazişi ilə bağlı Qərblə razılığa gəlməsinin elə də asan məsələ olmadığını deyib.

Onun fikrincə, ilk növbədə, bu, ölkə daxilində ictimai rəydə problemlər yaradır:

“Çünki Qərbin istədiyi saziş uranın zənginləşdirilməsindən birdəfəlik imtina deməkdir. Bu isə mülki nüvə enerjisindən istifadə hüququ baxımından, əlbəttə, beynəlxalq hüquq çərçivəsində selektiv yanaşma sayıla bilər. Çünki digər ölkələrə yalnız bu enerjidən istifadə imkanı deyil, hətta yüksək səviyyədə zənginləşdirmə və nüvə silahı istehsal haqqı tanınıb. Eyni hüququn İrana da şamil olunması tələb olunur. Lakin Tehranda mövcud rejimi insanlıq əleyhinə təhlükəli bir hakimiyyət kimi təqdim edərək, ona bu cür sərt şərtlərlə saziş imzalatdırmağa çalışırlar. Bu isə İran cəmiyyətində Qərb və İsrail qarşısında İran rejiminin aciz və gücsüz görünməsi anlamına gələ bilər. Belə bir imic isə gələcəkdə hakimiyyətin ciddi ictimai narazılıqlarla üzləşməsi riskini artırır”.

Siyasi şərhçi məsələnin digər tərəfinin isə Tehranın ABŞ-lə yenidən danışıqlar masasına qayıtması üçün Vaşinqtona inamının bərpasına ehtiyac olduğunu bildirib:

“Çünki bundan əvvəl də İsrailin hərbi əməliyyatlara başlamasından öncə İran və ABŞ arasında beş raund danışıqlar aparılmış, hətta altıncı raundun vaxtı və yeri də müəyyənləşdirilmişdi. Lakin qəfil İsrail hücumları İranın etimadını ciddi zədələdi. Bu baxımdan, Tehran rejimi növbəti dəfə belə hücumların baş verməyəcəyinə dair güclü təminat tələb edir. Təbii ki, bu kontekstdə İran rejimi müəyyən güzəştlərə getməyə hazır olsa belə, onun da konkret tələbləri mövcuddur. Bunlara bütün iqtisadi sanksiyaların ləğvi və dondurulmuş milyardlarla vəsaitin İrana qaytarılması daxildir. Tehran bu məsələdə israrlıdır”.

Onun sözlərinə görə, bundan əlavə, nüvə sazişi çərçivəsində İsrailin və ABŞ-nin də öz tələbləri var:

“Məsələn, yeni ballistik raketlərin istehsalının dayandırılması kimi şərtlər irəli sürülür ki, bu da əslində qeyri-qanuni hesab oluna bilər. Çünki bu tələb İrana perspektivdə öz təhlükəsizliyini təmin etmək baxımından ciddi çətinliklər yaradır. Bu səbəbdən İran çox mürəkkəb dilemma qarşısındadır: bir tərəfdə daxildəki ictimai rəy, digər tərəfdə rejimin öz təhlükəsizlik maraqları, daha bir tərəfdə isə razılaşma olmadığı halda İrana qarşı tətbiq ediləcək yeni sanksiyalar dayanır. Bu sanksiyalar yalnız fərdi qadağalarla məhdudlaşmır, BMT səviyyəsində də tətbiq oluna bilər ki, bu da onsuz da zəif olan İran iqtisadiyyatını daha da böhranlı vəziyyətə sala bilər”.

Ekspert İranın güzəştə getməsinin artıq sadəcə siyasi seçim olmadığını, həmçinin məcburi addım kimi göründüyünü qeyd edib. 

O əlavə edib ki, İran razılaşmanı qəbul etməsə, ona qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur:

“Lakin düşünmürəm ki, bu sanksiyalar enerji bazarında kəskin qiymət artımına səbəb olar. Çünki qaz bazarında İranın payı böyük deyil. Neft bazarına müəyyən təsir göstərə bilər, lakin bu halda da İrandan neft alan ölkələrə ikincil sanksiyalar tətbiq olunacaq. Yəni İrandan neft idxal edən ölkələrə yüksək tariflər qoyula bilər ki, əsas alıcılar olan Hindistan və Çin kimi ölkələr də İran neftindən imtina etmək məcburiyyətində qala bilərlər. Bu isə İran iqtisadiyyatını daha da zəiflədər”.

N.Miri üçüncü mühüm məqama toxunaraq bildirib ki, İran daxilində hələ də nüvə sazişi ilə bağlı qeyri-müəyyənlik qalır:

“Prezident Pezeşkian hökumətinin danışıqlara açıq mövqe sərgiləməsinə baxmayaraq, buna qarşı çıxan güc mərkəzləri də mövcuddur. Xüsusilə SEPAH və Xameneyinin nəzarətində olan molla rejimi bu prosesi istəmir. Bu səbəbdən vəziyyət ziddiyyətli və mürəkkəb görünür. Ona görə də, konkret qərarların necə veriləcəyi hələlik dəqiq proqnozlaşdırıla bilmir. Hər halda, əgər hökumət başçısı Pezeşkian bu işin məsuliyyətini üzərinə götürürsə, o, açıq şəkildə ABŞ-la danışıqlara hazır olduğunu, lakin əvvəlcə qarşılıqlı etimadın bərpasına ehtiyac duyduğunu bildirir”.

O vurğulayıb ki, danışıqlar məhz bu əsasda başlaya bilər:

“Əks təqdirdə, vəziyyətin aqibəti bəllidir. SEPAH və molla rejimi İrana qarşı daha ciddi zərbələr və məhdudiyyətlərin tətbiqi ehtimalını gündəmə gətirir ki, bu da İran cəmiyyətinin daha da kasıblamasına, sosial-iqtisadi vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bir tərəfdə dərin sosial-siyasi narazılıq qorxusu, digər tərəfdə isə Xameneyinin sərt və bəzən reallıqdan uzaq hədələri dayanır. Halbuki 12 günlük müharibə göstərdi ki, İran hədələdiyi qədər güclü deyilmiş. Xüsusilə öz hava məkanını qoruya bilməyən bir dövlətin başqa dövlətləri təhdid etməsi ciddi qəbul edilmir”.

Fidan Hacızadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri